Bakıda daha bir avtobus qəza törətdi - tanınmış jurnalist xəstəxanalıq oldu

Bakıda daha bir marşrut avtobusu qəza törədib.
Publika.az xəbər verir ki, Xətai rayonu ərazisində 32 saylı marşrut qəzaya düşüb. Hadisə zamanı avtobusda olan sərnişinlərdən biri Xəzər TV-nin redaktoru Zakirə Zakirqızı ağır xəsarət alıb. O, kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.