Ermənistanda seçkinin vaxtı açıqlandı: Paşinyan öz planını İFŞA ETDİ

“Ermənistanda növbədənkənar parlament seçkiləri 9 dekabrda keçiriləcək”.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib.

Paşinyan deyib ki, seçkilər demokratik keçiriləcək: “Bizdə Seçki Məcəlləsinə dəyişikliklər qəbul olunmadı, lakin İrəvan Ağsaqqallar Şurasına keçirilən seçki mövcud məcəllə ilə keçirildi və heç kim bu seçkiyə şübhə etmir”.

Qeyd edək ki, bu gün Ermənistan parlamenti baş naziri seçmək üçün ikinci iclası keçirəcək. Bu iclasda da seçki baş tutmasa növbədənkənar parlament seçkiləri keçiriləcək. Paşinyanın parlamentin iclasından öncə növbədənkənar seçkilərin tarixini açıqlaması onu göstərir ki, iclasda baş nazir seçilməyəcək və Nikolun planına uyğun şəkildə buraxılacaq. Lakin Paşinyan iclasdan öncə seçkinin vaxtını açıqlamaqla öz planını özü ifşa etmiş oldu.