11 min manat birdəfəlik müavinəti ala bilməyən şəhid ailələri Sahil metrosunun qarşısından Prezident Administrasiyasına qədər yürüş ediblər. Polis etirazçıların qarşısını kəsib və plakatları yığışdırmalarını istəyib. Daha sonra onların kiçik qruplara ayrılaraq Administrasiyaya getmələrinə icazə verib.
Şikayətçiləri Prezident Administrasiyasının rəhbərinin müavini Əli Əsədovun köməkçisi qəbul edib. O, bildirib ki, vətəndaşların şikayətlərinə 2-3 gün sonra cavab veriləcək.
Şəhid ailələri müavinətləri verilənə qədər hər həftə Prezident Administrasiyasına şikayətə gələcəklərini bildiriblər.
Ölkə başçısı İlham Əliyevin 19 apreldə verdiyi fərmana əsasən 11 min manat müavinət 1997-ci il avqustun 2-dək ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların vərəsələrinə verilir.