Zakir Fərəcovun Sumqayıt hakimiyyətində dövlətə zərbələri – Özəl araşdırma/Rəqəmlər…

Sumqayıta rəhbərlik etdiyi dövrdən dövlət vəsaitlərini qeyri-şəffaf şəkildə xərcləməsi, büdcə pulları çırpışdıraraq mənimsəməsi, şəhərin inkişafı üçün görüləcək işləri həyata keçirən tender şirkətlərinin vasitəsi ilə maliyyəni talan etməsi ilə gündəmə gəlmiş yerli hakimiyyət başçısı Zakir Fərəcovun fəaliyyətini araşdırmışıq.


Reportyor.İnfo tərəfindən bu araşdırma rəsmi rəqəmlər və məlumatlara istinadən aparılıb, ortaya çıxan nəticə ilə sizi tanış edirik:
Qanunlara və sahibkarlığa qəsbin detalları…
Sumqayıtda dövlət qanunlarının tapdalanması və iqtisadi inkişafın tormozlanması yerli sahibkarların əmlakına qəsbdən başladı.

Z.Fərəcov şəhər hakimi olan kimi ilk missiyası iş adamlarının biznesini ayaqları altına alıb əzmək oldu.

O, Gəncənin sui-qəsd olunmuş keçmiş meri Elmar Vəliyevin icra başçısı olduğu ilk illərdə yürütdüyü siyasətin eynisini Sumqayıtda həyata keçirməklə arzuları çin oldu.

Z.Fərəcov qanunlara və prezidentin gözləntilərinə məhəl qoymadan öz iqtidarının möhkəmlənməsi üçün sahibkarlığı sıradan çıxardı.

O, 501 saylı Bakı-Saray-Sumqayıt istimaqətində işləyən DAYEVO markalı avtobuslar Sumqayıt şəhər İcra Hakimiyyəti baçşısı Zakir Fərəcovun xüsusi tapşırığı ilə oğurlanaraq gizlədib.

Sahibkarların iş fəaliyyətinə mane olan Z.Fərəcov AMAL De şirkətinin maşınlarının istismarını saxlatdırıb, əhalisi 32000 olan Saray sakinlərini nəqliyyatsız qoymuşdu.

Karvan” Ticarət Mərkəzində malları yanan sumqayıtlı sahibkarların dərdi də ayrıdır.

Z.Fərəcov iş adamlarını dinləmişdi və müavini Fəzail Hüseynova göstəriş vermişdi ki, problem araşdırılsın və “Karvan”ın rəhbərliyinə bildirilsin ki, dəyən ziyanın müəyyən qismi imkan dərəcəsində mütləq ödənilməlidir.

O, bu barədə yazılı göstəriş də vermişdi. Amma sonradan aydın oldu ki, bu, sadəcə bir oyun imiş. Onları get-gələ salmaqdan başqa bir şey deyilmiş.

Mediada yayılan xəbərlərdən o da bilinir ki, iş adamı Müqayis Verdiyev Sumqayıtın dənizkənarı bulvarında abadlıq, mərkəzi Sülh küçəsində təmir-tikinti işlərinə rəhbərlik etmiş iş adamıdır.

Tikinti-bərpa işlərində lazım olan materiallar həmin zərərçəkən sahibkarlardan alınıb. İşlər çoxdan başa çatıb, 2016-cı il sentyabrın 27-də Prezident İlham Əliyev bulvarın açılışında iştirak edib, Sülh küçəsindəki əsaslı təmir və bərpa işləri ilə tanış olub.

Amma istifadə olunmuş materialların pulu bu günə qədər sahiblərinə ödənilməyib. M.Verdiyev xüsusən icra başçısı Zakir Fərəcovu ittiham edərək bildirirdi ki, bu məqsədlə dövlətin ayırdığı milyonları özləri yeyiblər, günahı da onun üstünə atıb həbs etdiriblər.
Zakir Fərəcovun Sumqayıt hakimiyyətində dövlətə zərbələri – Özəl araşdırma/Rəqəmlər…

2016-cı ilin iyununda Sumqayıtda abadlıq-quruculuq işləri məqsədilə Prezidentin Ehtiyat Fondundan Sumqayıt şəhər İcra Hakimiyyətinə 10 milyon, 2017-ci ilin aprelində isə yolların təmirinə yenə də fonddan daha 4 milyon ayrılıb. Bu milyonların hara, kimin cibinə getdiyinə dair ortada heç bir rəsmi sənəd yoxdur.

Sumqayıt ŞİH iddia edir ki, tender keçirilib və M.Verdiyev də qalib olub. Amma tenderin keçirilməsi, həmin tenderə hansı şirkətlərin müraciət etməsi, edilən təkliflərlə bağlı sənədlər yoxdur.

Hətta işlərin görülməsi ilə bağlı ödənişlərin necə həyta keçirildiyini (müqavilə, bank sənədləri və s.) təsdiqləyən sübutlar da mövcud deyil.

Başqa sözlə, dövlətin 10 milyondan çox pulunun necə xərclənməsi ilə bağlı heç bir sənəd tapmaq mümkün deyil.

Zərərçəkmiş sahibkarlardan Aydın Abdullayev, Bəxtiyar Ənnağıyev, Bilal Piriyev məhkəmədə bildiriblər ki, bir müddət sonra ödənişlər gecikəndə səbəbi ilə maraqlanıblar. M.Verdiyev onlara deyib ki, icra hakimiyyətinin maliyyə problemi var, bir az gözləsinlər.
9 aylıq hesabatda “qazlama” və talançı komanda – Adlar…
ŞİH-nin 9 aylıq hesabatında qeyd olunub ki, şəhər əhalisinin və təsərrüfat subyektlərinin təbii qazla fasiləsiz təmin edilməsi məqsədilə mövcud qaz nəqletmə sisteminin təmiri, ayrı-ayrı hissələrin yenidən qurulması, sistemin istismara yararlı halda saxlanılmasına yönəldilmiş tədbirlər həyata keçirilib.
Lakin sumqayıtlılar qaz üzünə həsrətdirlər. Hər gün abonentlər sosial şəbəkələrdə qazın olmadığı, xüsusən qış aylarında əzülm çəkdiklərini yazırlar.
Ümumiyyətlə, şəhərin qaz, su, işıq problemləri bitmək bilmir. Əhali habelə təhsilin bazara çevrilməsi, səhiyyənin rüşvət içində çabalaması, mədəniyyət klublarının, kitabxanaların baxımsızlığı nəticəsində ayrılan vəsaitlərin mənimsənilməsi haqda narazılıqlar edirlər.

Bu problemlərin yaranmasında şəhərin hakimi Z.Fərəcovla bərabər Mənzil Kommunal Təsərrufatı İstehsalat birliyinin rəis əvəzi Gündüz Əliyev, Sumqayıt Elektrik Şəbəkəsinin baş mühəndisi Arzuman İsmayılov, “Azəriqaz” İstehsalat Birliyi Sumqayıt Qaz İstismar Sahəsinin rəisi Namiq Tarverdiyev, Sumqayıt Su Kanal İdarəsinin rəisi Darvin Hüseynov, Sumqayıt Şəhər İstilik Təsərrüfatı İdarəsinin müdiri Aftandil Nuriyev, Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdir əvəzi Ramin Abbasov, Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri Nəriman Baxşəliyev, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov, Sumqayıt Şəhər “Lift-Servis” Birliyinin rəisi Cümşüd İsmiyev Sumqayıtda bütün infrastrukturu iflic ediblər.
Prezident liftlərə pul verib, həkimlərə bloklar düzəltdirilir – Rəqəmlər…
Şəhər rəhbərliyinin təşəbbüsü ilə Prezident İlham Əliyevin yaxından köməyi sayəsində istismar müddəti ötmüş 105 ədəd lift dəyişdirilərək elektron tipli liftlərlə əvəz olunmuş, 18 liftdə əsaslı, 54 liftdə cari təmir işləri aparılıb.
Prezidentin yaxından dəstəyi olubsa, bu istiqamətdə Mənzil Kommunal Təsərrüfat Birliyinə ayrılan vəsaitlər hara xərclənib?
Üstəgəl, Sumqayıtda binaların bloklarının təmiri iki ildir ki, həkimlərə və müəllimlərə həvalə olunub.
Nəticədə şəhər büdcəsindən ayrılan vəsaitlər mənimsənilir. Hətta iddialara görə, bu il həkimlərdən birinin pul yığımı üçün etirazı icra başçısı Zakir Fərəcova çatdırılıb.
Zakir Fərəcovun Sumqayıt hakimiyyətində dövlətə zərbələri – Özəl araşdırma/Rəqəmlər…

Sumqayıt ŞİH başçısı isə Azərbaycan reallığına uyğun olaraq mesaj göndərib ki, onların kabinetlərdə nə işlə məşğul olduqlarını bilir, elə etməsinlər ki, pis xəbər eşitsinlər. Yaxşısı budur, blokları təmir eləsinlər.
13 oktyabr 2015-ci ildə prezidentin sərəncamı ilə Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 3,7 milyon manat ayrıldı.
15 dekabr 2015-ci ildə prezidentin sərəncamı ilə Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və zəruri təmir işlərinin həyata keçirilməsi üçün 5 milyon manat pul ayrıldı.

03 mart 2016-cı ildə Prezidentin sərəncamı ilə Sumqayıt şəhərində çoxmənzilli binalarda zəruri təmir işlərinin davam etdirilməsi məqsədi ilə 9 milyon, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 6,5 milyon, lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 2,5 milyon manat pul ayrıldı.

10 iyun 2016-cı ildə prezidentin sərəncamı ilə Sumqayıt şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 10 milyon, o cümlədən çox mənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 5 milyon, şəhər avtomobil yollarının əsaslı təmiri üçün 5 milyon manat ayrılıb.
“Gemoroy” yaradan oturacağın biri 550 manat və Əli Həsənov savaşı …
Yaxşı, sumqayıtlılar niyə məmurların şəxsi maraqları ucbatından parklardakı soyuq oturacaqlarda oturub cürəbəcür xəstəliklər tapmalıdırlar?!

Düzdür, etiraf etmək lazımdır ki, son zamanlar Sumqayıtda müəyyən abadlıq işləri görülüb. Bunu danmaq olmaz.

Amma bu yaxınlarda şəhərin Heydər Parkında, eləcə də təzə açılan Sumqayıt Bulvarında soyuqlu havada metal oturacaqları görəndə (onların sayı təxminən 400-ə, bəlkə də çoxdur) bu abadlıq işlərinin görünməyən qaranlıq tərəfi üzə çıxırdıq.

Çox güman Azərbaycanda istehsal bu dəmir oturacaqların elan saytlarında qiyməti 550 manat göstərilir. Lakin araşdırılsa bu skamyalara icra hakimiyyətinin sənəddə reallıqdan dəfələrlə çox pul xərclədiyi də çox güman ki, üzə çıxır.

Z.Fərəcovun bu fəaliyyətinin kulminasiya nöqtəsi baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənovu Sumqayıtda “məğlub etməsi” oldu.

Əli Həsənovun ailə üzvlərinin Sumqayıtda yaşıllıqları məhv edərək, özlərinə restoranlar, biznes obyektləri tikdirdiklərinə dair yazılanların, mətbuata göndərilən şikayətlərin arxasında da məhz Zakir Fərəcovun dayandığını iddia edən mənbə mediaya bildirmişdi ki, bununla keçmiş “Qaçqınkom” sədrini nəzərdə tutduğu yeni biznes layihələrini dayandırmağı hədəfləyib.
Zakir Fərəcovun Sumqayıt hakimiyyətində dövlətə zərbələri – Özəl araşdırma/Rəqəmlər…

Əli Həsənovun baş verənlərlə bağlı mətbuata verdiyi açıqlama da yuxarıdakı iddianın təsdiqi anlamına gəlir: “9 aydır müxtəlif qəzetlər, saytlar sifarişlə məni şantaj edirlər.
O insanlar mənə bəllidir: Sifariş verənlər də, idarə edənlər də. Görünür əlləri hər yerdən çıxıb, indi də mənim üçün əziz, doğma olan Sumqayıt şəhərinə əl atıblar.
Məsəl var: “Quyunu dərin qaz, gen qaz özün düşəcəksən”, “Nə atarsan aşına, o da çıxar qarşına”, “Sirkə nə qədər tünd olsa öz qabını çatladar”. Çox təəssüf edirəm ki, bizim bəzi insanlarımızda qısqanclıq o qədər yüksəkdir ki, onların vurduğu zərbələr çox dəhşətlidir”.
Beləliklə, Əli Həsənov son vaxtlar özünün və ailəsinin adının mətbuatda tez-tez hallandırılmasının xüsusi sifariş olduğunu iddia edib və düşməninin adınmı çəkməsə də onun kimliyini bildiyini açıq şəkildə ifadə edib.
O bununla həm Zakir Fərəcovla “döyüşdən” qaçmayacağını ifadə edib, həm də yaxın zamanlarda cavab zərbəsi endirəcəyinin anonsunu verib.
Bir sözlə, Z.Fərəcovun “gənclər şəhəri”ndə hökmranlığı dövründə əməllərinin yalnız yarısını çatdırmışıq. Araşdırmalarımız davam edir və kifayət qədər ciddi faktlar meydana çıxarmışıq ki, növbəti yazıda təqdim edəcəyik.
Çünki bir məqaləyə sığışmır. İndi siz sual verin, bu qədər neqativ reputasiyaya malik məmur vəzifədə nə qədər qala bilər?