Bayram Səfərov: "Qardaşım Şuşadan tez çıxdığına görə onu danladım”
"İşğal edilmiş rayonların adlarının kafe-restoranlara qoyulmasına lap yaxşı baxıram”
"Məcburi köçkünləri ittiham edənlər axmaq adamlardır”
Modern.az saytının "Qarabağ söhbəti” layihəsində budəfəki müsahibi Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovdur.
Bayram Səfərov söhbətə Şuşanı xatırlamaqla başladı.
- Şuşada anadan olmuşam, düz 41 il orada yaşamışam. 1992-ci il Şuşa işğal olunana qədər orada olmuşam. Bu gün də Şuşa qeydiyyatındayam. Şuşa dünyanın möcüzəli yerlərindən biridir.
Mən orada təhsil almışam. Şuşada əmək fəaliyyətinə başlamışam, orada ailə həyatı qurmuşam. Xalqıma, vətənimə, Şuşama məndən asılı olan nə xidmətlər varsa, onları etmişəm.
Şuşanın 17 məhləsi vardı. Hər məhlənin özünün su bulağı, anbarı, məscidi, hamamı var idi.
- Şuşa İstehlak Cəmiyyətinin sədri olmusunuz. Bu qurum haqqında geniş məlumat verərdiniz.
- İstehlak Cəmiyyəti ticarətlə məşğul olurdu. Dağlıq Qarabağ Vilayət İstehlak Cəmiyyətinə mən rəhbərlik etmişəm. Bütün Azərbaycan kəndlərini gündəlik tələbat malları ilə təmin etməklə məşğul olmuşam. "Azərittifaq”ın İdarə Heyətinin üzvü də seçilmişdim.
- 1988-ci ilə qədər ermənilərlə hər hansı problem yaşamışdınızmı?
- Xeyr. Mən yaşayan həyətdə 3 erməni ailəsi də qalırdı. Yəqin ki, SSRİ konyukturasının, Kommunist Partiyasının tələblərindən irəli gələrək, ermənilərin bizimlə problemləri yox idi. Mən nə valideynlərimdən, nə də məktəbdə ermənilərlə düşməçliyimiz haqda nəsə eşitmişdim. Bu barədə bizə deyilmirdi. Biz sonradan bildik ki, ermənilərin 200 ildən artıq ərazi iddiaları var imiş, onların "Dənizdən dənizə” planları olub. Erməniləri müdafiə edənlər, daha doğrusu siyasətdə ermənilərdən istifadə edən qüvvələr da bundan yararlanırlar.
- Şuşada xatirələriniz çoxdur. Hansı xatirə yadınıza düşəndə daha çox darıxırsınız?
- Belə məqamlar çoxdur. Şuşanı və şuşalıları daha çox sevmişəm. Mən həyatı, məktəbi, insanlığı orada öyrənmişəm. Şuşa mədəniyyət şəhəri idi.
- Şuşa sakinlərinin çoxunda hər hansı bir istedad olur. Bayram Səfərovda da oxumaq və ya da hər hansı musiqi alətində ifa etmək, ya da şeir yazmaq istedadı varmı?
- Mənim nə şairliyim, nə də müğənniliyim var. Bu sahəyə marağım, meylim və vaxtım olmayıb. Çünki zəhmətlə böyümüşəm. Vaxtım daha çox evimizə kömək etməyə sərf olunub.
- 1988-ci ildə Xankəndidə "Miatsum” hərəkatı başlayanda Şuşada ermənilərlə münasibətiniz hansı forma aldı?
- "Miatsum” hərəkatının başlanmasının səbəbkarı o zamankı Azərbaycan rəhbərliyi idi. Çünki ermənilərin iddia və təxribatlarının qarşısı vaxtında alınmadı. O zaman ermənilərin mitinqə toplaşmasının qarşısını Azərbaycanın həminki rəhbərliyi almalı idi. Amma cəsarət tapıb bunu edə bilmədilər. Həmin vaxt mən Şuşa İstehlak Cəmiyyəti İdarə Heyətinin sədri idim. Vəzifəmiz əhalinin gündəlik tələbat malları ilə təmin olunmasını həyata keçirmək idi ki, onlar ac, çörəksiz, sabunsuz, qəndsiz qalmasın.
Mən öhdəmə düşəm vəzifəmi layiqincə yerinə yetirmişəm. Bunu Dağlıq Qarabağın Azərbaycan kəndlərinin sakinlərinin hamısı bilir. O zaman Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərində mağazalar açdıq. Bunlar hamısı Şuşa İstehlak Cəmiyyətinə tabe idilər. Ağdamda da bazar yarandı. Düzdür, "Azəritifaq” tərəfindən mənə yardım olunurdu, amma yerlərdə bütün məsələləri mən özüm həll edirdim. BTR-lə, tankla, vertolyotla o kəndlərə gündəlik tələbat mallarınının aparılmasında iştirak etmişəm.
- Deyirsiniz ki, Azərbaycanın o zamankı hakimiyyəti erməni təxribatlarını yatırda bilmədi. Sizcə, bunun qarşısını necə ala bilərdi? Güc tətbiq edərək?
- Bəli, lazım olsa, güc də tətbiq edilməli idi. Baxın, o zaman ermənilərin özləri də mitinqlərə qorxa-qorxa çıxırdılar. Sonra onlar arxayınlaşdılar, mitinqlərə tez-tez çıxdılar, daha fəal iştirak etdilər. Ermənistandan "saqqallılar” deyilən dəstələr də gəlib mitinqlərə qoşuldular.
Azərbaycana rəhbərlik edənlər vəzifədən qorxmamalı idilər.
O zaman ulu öndər Heydər Əliyev hakimiyyətdə olsaydı, yəqin ki, torpaqlarımız işğal olunmayacaqdı.
- Həmin vaxtlar Xankəndinə gedirdiniz?
- Bəli. Rayon İstehlak Cəmiyyətinin sədri olduğuma görə Xankəndinə həmişə gedib-gəlirdim. Tələbat malları ilə əhalini təmin edirdik.
- Xankəndinə gedəndə özünüzə təhlükə hiss edirdinizmi?
- Əlbəttə. Özü də lap çox. Mən Xankəndidən gətirilən malların boşaldılmasını təmin edirdim. Nəqliyyatda problemlər olurdu. Ermənilər nəqliyyat vasitələrini daşlayırdılar, insanları girov götürürdülər. Çox çətin idi.
- Bəs siz özünüzə real təhlükəni nə zaman duydunuz?
- Dediklərimin hamısı elə təhlükə idi. İndi durub özümü nə tərifləyim ki?! O zaman fəhlələri dəmir yolunda işləməyə aparırdım. Həmin fəhlələr armaturlarla, dəmir linglərlə silahlanırdılar. Mən də onların silahlanmasına şərait yaradırdım. Ancaq bizə ayrılan malların hamısını çətinliklə də olsa, Şuşaya daşıyıb gətirirdik.
- Bayram müəllim, proseslər başlayanda heç Şuşanın nə zamansa işğal olunacağını düşündümüzmü?
- Düzünü deyim, gözləmirdim. Çünki biz Sovet İttifaqında yaşamışdıq. Bizə bütün millətlərin qardaş olmasını təbliğ edirdilər. Bizə deyirdilər ki, hamı ilə mehriban dolanmaq lazımdır. Buna görə də, Şuşanın işğal edilməsini gözləmirdim.
- Azərbaycanın o zamankı rəhbərliyini ittiham edirsiniz. Vəzifədə olan şəxs kimi sizə həmin rəhbərlikdən hansısa təlimat və tapşırıqlar gəlirdimi?
- Yox. Şuşanın erməni kəndləri var idi. Həmin kəndlərə düşən ərzaq normalarının hamısını yollayırdıq. Sonra erməni kəndləri bundan imtina etdilər. Çünki onların özlərini kənardan təmin edirdilər ki, ermənilər Şuşaya gəlib-getməsin.
Mənə kimsə nəsə deməmişdi. Sadəcə özümüzün rayon, vilayət daxilində çətinliklərimiz olurdu. Burada cəsarətsizlik nümayiş etdirsəydik, ermənilərin ayağı yer alacaqdı. Biz isə Şuşa rayon İstehlak Cəmiyyəti olaraq son günlərə qədər işlədik.
- Şuşa işğal edildi və oranın da sakinləri köçkün taleyi yaşadılar. Şuşa tutulandan sonra heç ağladınızmı?
- Göz yaşımı axıdıb ağlamadım, amma ürəyim, içim bu gün də ağlayır. Şuşam üçün çox darıxıram. Düzü, mən mayın 8-də Şuşada deyildim. Mayın 6-da Bərdəyə getmişdim.
Bir dostumuz var, onun qardaşının ilinə getmişdim. Çünki Şuşada yas məclisi vermək mümkün deyildi, mərmilər atılırdı. Mən buna görə ayın 6-da Bərdəyə getmişdim.
Amma qardaşım, bacılarımın yoldaşları, dayım uşaqları – hamısı ayın 8-də Şuşada idi. Hətta mənim balaca qardaşım Vüqar gec çıxmışdı. Mən də ortancıl qardaşım Kamili Şuşadan tez çıxdığına görə danladım və dedim: "Vəziyyət belə pis idisə, niyə özün gəldin, o biri qardaşımızı da gətirmədin?”.
Balaca qardaşım isə mənə demişdi ki, vəziyyətin pis olduğunu görüb az qala bacımı güllələmək istəyib. Səbəb bəllidir – düşmən əlinə keçməsin.
Biz Ağcabədiyə gəlmişdik. Bu anları yaşamaq lazımdır.
- Heç kim yaşadığı yerdən didərgin düşmək istəməz. Bəzən cəmiyyətdə müəyyən qruplar köçkünləri torpaqları qoyub qaçmaqda təqsirləndirir.
- Məcburi köçkünləri ittiham edənlərin dünyagörüşləri çox aşağı səviyyədədir. İstər Şuşa, istərsə də, digər işğal olunan rayonlar olsun. Birincisi bu rayonların hamısı eyni vaxtda işğal edilməyib.
Bu gün məcburi köçkünləri ittiham edənlər, Qaradağlı kəndində, Xocalıda soyqırımı törədiləndə harada idilər?! Onlar niyə bizim yanımızda deyildilər?! Onlar bizim yanımızda olsaydılar, görərdilər ki, qaçmışıq ya yox! Biz əliyalın idik.
Topumuz, tankımız yox idi. Ermənilər isə o zaman müasir silahlarla silahlanmışdılar. 366-cı motoatıcı polkun bütün silahları var idi. Üstəgəldə nizamlı Sovet ordusu… Bizə bunlar hücum edirdi. Mən nə etməli idim?! Sinəmi qabağa verməli idim ki, gəlin məni də öldürün, ailəmi də?! Mənim ölümüm nəyisə dəyişəcəkdi?! Guya mən öləndən sonra erməni ordusu dayanacaqdı?!
Məcburi köçkünləri ittiham edənlər axmaq adamlardır. O adamlar ən azından bircə dəfə o təhlükəli yollarla avtobusla Şuşaya, Laçına getmişdilərmi?! Bu gün məcburi köçkünləri ittiham edənlər o hadisələri görməyən, bilməyən adamlardır.
Şuşanın 196 şəhidi olub. Halbuki, Ermənistana biz müharibə elan etməmişdik. Evimizdə oturmuşduq, göydən başımıza mərmilər yağırdı. Gün ərzində nə qədər atəş açılırdı, uşaqlar, qocalar yaralanırdı. Gözümlə görmüşəm, mərmi atıldı, qadının qolu qopub yerə düşdü. Qol yerdə çırpınırdı.
- Musiqilərə qulaq asmaqla Şuşa haqda düşüncələrə dalırsınızmı?
- Şuşa muğamatın beşiyi, Zaqafqaziyanın konsertavoriyası olub. Şuşadan çox tanınmış bəstəkarlar çıxıb.
Ora o qədər ziyalılar yetişdirib ki… Şuşanın fərqli olmasının səbəbi də var. Çünki Şuşada kənd təsərrüfatı, pambıqçılıq yox idi. Şuşada üzüm, qarpız, sitrus meyvələri, nar yetişməyib.
- Bayaq dediniz ki, zəhmətlə böyümüsünüz. Nə zəhməti çəkirdiniz?
- Biz ailədə 10 uşaq idik. Fiziki əməklə də, alverlə də məşğul olurdum. Fəxr edirəm ki, zəhmətimlə, əziyyətimlə çörək qazanıb ailəmə kömək etmişəm.
Uşaqlar Bakıda təhsil alanda 20 il Bakıda ev kirayəsi vermişik.
- Orta məktəbi necə oxumusunuz?
- Oxumuşam da… Ortabab. Allah mənə dərs deyən müəllimlərə rəhmət eləsin. Adam 5-ci, 6-cı, 7-ci sinifdə oxuyanda dərk etmir ki, müəllim üçün oxumur. Sonradan bunu başa düşür. Hər bir adam məktəbi bitirəndən sonra dərk etməyə başlayır.
Elə olub ki, həvəsdən düşüb oxumamışam. Amma oxumuşuq da, başımızı girləmişik.
- Müəllimlər sizi döyürdümü?
- Uşaq idik də. Dəcəllik edəndə müəllimlər nəsə edirdi. Aqşin, bura bax, evdə dəcəllik edəndə valideyn döyürsə, bu yaxşıdır, müəllim döyürsə pis? Müəllimin öyrətməyi də, döyməyi də yaxşıdır.
Müəllimin şagirdi tərbiyə, mədəniyyət üçün danlamasını da, döyməsini də yaxşı qarşılayıram. Elə bu günün özündə də.
- Siz özünüz məktəbdə şuluq idiniz?
- Çox da sakit olmamışam.
- Dava edirdiniz?
- Olurdu da, tənəffüs vaxtı uşaqlarla bölüşürdük. İki dəstə yaradırdıq, gedib oyunlar oynayırdıq. O zamanın uşaqlıq həyatı indikindən qat-qat maraqlı idi.
- Qızlarla aranız necə idi?
- Qızlarla heç vaxt dalaşmamışam. Mən sinif yoldaşım olan qızları həmişə müdafiə edirdim. Şuşada hamı mehriban yaşayırdı.
- Bəzən müzakirələrdə Şirvan mədəniyyəti ilə Qarabağ mədəniyyətini qarşı-qarşıya qoyurlar. Buna necə baxırsınız?
- Mən bunu düzgün qəbul etmirəm. Azərbaycan bizim vətənimizdir. Bura o qədər çox böyük deyil ki, qarşı-qarşıya qoyaq. Biz hamımız bir kökün törəmələriyik. Ən azından din qardaşlarıyıq. Buna görə də ayrı-seçkiliyə çox pis baxıram.
Bəzən Üzeyir Hacıbəyovun ağcabədili olduğunu deyirlər. Üzeyir Hacıbəyov Ağcabədidə anadan olub, amma şuşalıdır. Deyirlər deyirlər də, indi durub Ağcabədiyə dava elan edəsi deyiləm ki!
Təyyarədə anadan olana deyirlər ki, təyyarəlidir?! Bütün regionlar cənab prezidentin ətrafında yumruq kimi birləşib cəm olmalıdır.
- İşğal edilmiş rayonların adları kafelərə, restoranlara qoyulur. O bölgələri xatirələrdə bu cür yaşatmaq düzgündürmü?
- Buna lap yaxşı baxıram. Tutaq ki, o rayonların adları həmin kafelərə verilmədi. Guya yaxşı olacaq? Kimlər ki, kafelərə işğal edilmiş rayonların adlarının qoyulmasına qarşıdır, onlar pis fikirlidirlər. Onların həmin restoran, kafelərdəki işçiləri gözləri götürmür.
Necə olur, restoranlara İstanbul, Təbriz adlarını qoyanda yaxşı çıxır, Şuşa qoyulanda pis?!
Məsələnin ikinci tərəfini deyim. Bir turist, uşaq "Şuşa” sözünü görəndə sual yaranır ki, ora haradır?
- Bir məcburi köçkünün şəxsi evi, bahalı avtomobili olmalıdırmı?
- Niyə də olmasın! Sizə bir misal çəkim. Çoxdanın əhvalatıdır. Montində xeyir iş var idi, ora gedirdik. Nişan mərasimində avtomobilimi ağacın dibində saxlamışdım. Çağırdılar, düşdüm.
Danışan adam hiss olunurdu ki, mədəniyyətsizdir. Səsi çox yüksəkdən gəlirdi. Mən onu sakit danışmağa çağırdım. Bildirdim ki, xeyir iş var, dava lazım deyil. Ev yiyəsi gəldi. Bu zaman həmin bərk-bərk danışan "qaçqınlar da gəlib, hərəsi bir maşın alıb” dedi. Ev yiyəsi də qəşəng bir kəlmə işlətdi: "Ay qardaş, qaçqın gələndə onun paltarı, evi, mülkü ermənilərdə qalıb. Amma beyni gəlib də. Bu beyinlə də çalışıb, maşın alır da”.
Dediyim odur ki, çalışanda, əziyyət çəkəndə adam evə də, avtomobilə də sahib olur. Qaçqın, məcburi köçkün niyə maşın almamalıdır?! Qarabağ bölgəsinin camaatı çox qoçaqdır, zəhmətsevərdirlər. Məcburi köçkünlərin içərisində özünə şərait düzəldən də var, qohumlarına kömək edənlər də var. Amma elə məcburi köçkünlər var ki, hələ də adaptasiya ola bilməyib. Mənim qardaşım deyir ki, burda yox, Şuşada ev tikmək istəyir.
- Xocalı soyqırımı olandan sonra siz heç Şuşanı tərk etmək barədə düşündünüzmü?
- Xeyr. Mən onda Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini idim. 1991-ci ilin noyabrın 11-dən sonra Mikayıl Gözəlovun müavini işləyirdim. Mikayıl Gözəlovu öz kabinetində güllələmişdilər.
Sonradan Mənsur Məmmədovun da, Nizami Bəhmənovun da müavini olmuşam. Mən icra başçısının müavini olmazdan qabaq Bakıdan başqa vəzifə təklif etmişdilər. Amma qəbul etmədim.
Şuşamı qoyub Bakıya getmədim. Bəlkə də Allah məni istəyib ki, mayın 6-sı Şuşadan çıxmışam. İnanmıram ki, Şuşada qalsaydım, oradan sağ çıxardım.
- Mikayıl Gözəlov güllələnəndə siz harada idiniz?
- Hesab edirəm ki, Mikayıl Gözəlov ehtiyatsızlıqdan güllələnmişdi. Silahdan düzgün istifadə etməməyin nəticəsi idi. Mən həmin gün Lənkərandan silah-sursat alıb Şuşaya gətirirdim. Mən gələndə Mikayıl Gözəlov hələ kreslosunda oturmuşdu.
- Silahları kimlərdən alırdınız?
- Satırdılar da. Azərbaycanın hər yerindən patron da alırdıq, silahlar da. Gəncədən top mərmiləri alırdıq. Bunlar o tarixdə olub. Çox şeyi qabartmaq lazım deyil. Bilirsiniz niyə? Çünki indi çoxları yalandan danışır. İndi çoxu guya döyüşdüyünü deyir.
Amma onlar mənim yanımda danışa bilməzlər. Həyasız olsalar danışarlar. Səviyyəsi, abırı olsa danışmazlar.
Mən xalqımı çox sevmişəm. Xalqımın yolunda həmişə canımı qurban verməyə hazır olmuşam.
- Heç özünüz silaha sarıldınızmı?
- Axşamlar çıxanda özümlə silah götürürdüm. Amma durub desəm ki, atışmada döyüşmüşəm, yalan olar.
- Bu gün sizi döyüşmədiyinizə görə ittiham edən varmı?
- Heç kim məni buna görə ittiham edə bilməz. Arxamca danışa bilərlər, amma üzbəüz yox.
- Danışsalar nə cavab verərdiniz?
- Gördüyüm işləri sadalayardım. "Bəs siz nə etmisiniz” sualını verərdim. Cavabları varsa, danışarlar.
- Bayram müəllim, Qarabağla bağlı müzakirələrdə tez-tez daxili satqınlıq məsələsini ön plana çıxarırlar. Nə idi daxili satqınlıq?
- İndi hərə bir şey danışır. Mən isə buna o cür yanaşmıram. Sadəcə vəzifə davası getdi, rəhbər işçilər yerində olmadı. Ölkəni idarə etmək, ölkə rəhbəri olmaq asan iş deyil. Konstitusiyası, ordusu olan dövləti idarə etməyə nə var ki! O zaman isə nə ordumuz, nə pulumuz, nə də silahımız var idi.
Amma Almaniya, Amerika, Fransa kimi dövləti idarə etməyə nə var ki! O zaman hərə bir vəzifə istəyirdi, hərənin iddiası var idi. Ölkəni idarə etməyə qadir olmayan adamlar vəzifə tutdular.
- Şuşada işləyərkən Robert Koçaryanla Serj Sarkisyanı görmüşdünüzmü?
- Hə. Ancaq elə də yaxın ünsiyyətdə olmamışdım. Onlar Xankəndidə işləyirdilər. Serj Sarkisyan Stepanakert şəhər Komsomol Komitəsinin katibi idi. Koçaryan da kombinatda komsomolda idi. Mən "RayPO” sədri kimi onlardan daha avanqard idim. Bizi daha çox tanıyırdılar.
- Yoldaşınızla tanışlığınız necə olmuşdu?
- Hamıda necə, məndə də elə. Zamanı çatanda ailə qurmalı idim. Ziyalı ailəsindədir. Valideynlərim elçi gediblər, sonra ailə həyatı qurmuşuq. 40 ildir bir yerdə yaşayırıq. 4 övladım var, 2-si oğlan, ikisi qız. 8 nəvəm var. Balaca oğlum hələ subaydır.
- Övladlarınız hərbi xidmət keçiblər?
- Böyük oğlum Bakı Dövlət Universitetini bitirib. İndi polisdə işləyir. Balaca oğlum da hərbidə xidmət edib. Bütün qardaşım oğlanları, bacım uşaqları da hərbidə olublar. Bizim hərbidən yayınmaqla aramız yoxdur.
- Bəzi məmurlar isə övlarını hərbi xidmətə göndərmir.
- Ona görə də insanların hərəsinin ayrı-ayrı adları var. Birinə Bayram, birinə Əli, birinə də Hüseyn deyirlər. Hərə öz əməllərinə görə də cavab verir. Onu bilirəm ki, mən heç zaman şəxsi mənafeyimi dövlətimdəm və xalqımdan üstün tutmuram.
Məni belə tərbiyələndiriblər. Vətənimə, xalqıma çox böyük sevgim var. Vətənpərvərəm, yerlipərəstəm. Şuşalıları hamıdan çox istəyirəm.
- Yerlipərəstlik yaxşı şeydirmi?
- Pisdirsə, qoy el buna cavab versin. Mən şuşalıya birinci əlimi uzadaram, nəinki o biri rayonlardan olanlara. Sən öz qohumunu, tanışını qoyub birinci başqasına yardım edərsən? Özünü, evini, ailəsini sevməyən adam necə başqasını sevə bilər?
- Belə başa düşdük ki, siz şuşalıları vəzifədə də irəli çəkərsiniz.
- Bəli. Əlimdə nə qədər imkan olsa bütün şuşaları vəzifədə irəli çəkərəm.
- Bəs onların potensialı, savadı bu tələblərə cavab vermirsə?
- Mən ədalətli şəkildə deyirəm. Ədalətsizliyi, yalanı xoşlamıram.
XƏBƏR LENTİ
Zakir Həsənov Türkiyə və Gürcüstan Baş Qərargah rəisləri ilə görüşəcək Zakir Həsənov Türkiyə və Gürcüstan Baş Qərargah rəisləri ilə görüşəcək
Kəmaləddin Heydərov da Gəncəyə getdi Kəmaləddin Heydərov da Gəncəyə getdi
Gəncə icra başçısının müavini: “İki ailə dağıntılar altında qalıb” Gəncə icra başçısının müavini: “İki ailə dağıntılar altında qalıb”
Şuşa icra başçısı: "Nə etməliydim, sinəmi qabağa verməliydim ki, gəlin məni də öldürün?!" Şuşa icra başçısı:
Azərbaycanda vəzifəli şəxs vəfat etdi Azərbaycanda vəzifəli şəxs vəfat etdi
Cəbhədən xəbər Cəbhədən xəbər
Qarakənd faciəsindən 27 il ötür Qarakənd faciəsindən 27 il ötür
Gəncədə yaşayış binasında partlayış: dağıntılar altında qalanlar var - Yenilənib Gəncədə yaşayış binasında partlayış: dağıntılar altında qalanlar var - Yenilənib
“Veysəloğlu” kifli “Ozmo” satır? – Foto “Veysəloğlu” kifli “Ozmo” satır? – Foto
Adil Əliyev, neft heç vaxt kəndçinin olmadı...sizin oldu! Adil Əliyev, neft heç vaxt kəndçinin olmadı...sizin oldu!
Lukaşenko İlham Əliyevə: "Belarus sizi gözləyirdi" Lukaşenko İlham Əliyevə:
Sahibkarlıq subyektləri üçün yeni vergi güzəştləri olacaq Sahibkarlıq subyektləri üçün yeni vergi güzəştləri olacaq
Sabaha olan hava proqnozu Sabaha olan hava proqnozu
Salyanda iki uşaq atası özünü asdı Salyanda iki uşaq atası özünü asdı
Azərbaycanda 5 gün İŞ OLMAYACAQ Azərbaycanda 5 gün İŞ OLMAYACAQ
Murad Bozdan azərbaycanlı qıza gözlənilməz təklif (VİDEO) Murad Bozdan azərbaycanlı qıza gözlənilməz təklif (VİDEO)
Miqrantlar ABŞ sərhədinə axışır: ilk davalar başlanıb - VİDEO Miqrantlar ABŞ sərhədinə axışır: ilk davalar başlanıb - VİDEO
Yenə 160 saylı maşurutun sərnişinləri ölümlə üz-üzə qaldı - "Dəmir Yolları buna nə ad verəcək!" - VİDEO Yenə 160 saylı maşurutun sərnişinləri ölümlə üz-üzə qaldı -
83 yaşlı kişi özünü bıçaqlayaraq öldürdü 83 yaşlı kişi özünü bıçaqlayaraq öldürdü
Gəncə hadisələri ilə bağlı həbs edilən 11 nəfərin işi məhkəməyə göndərilir Gəncə hadisələri ilə bağlı həbs edilən 11 nəfərin işi məhkəməyə göndərilir
Bakı Dövlət Universitetində vəziyyət necədir? - Açıqlama Bakı Dövlət Universitetində vəziyyət necədir? - Açıqlama
Bakıda azyaşlı ölümdən döndü - VİDEO Bakıda azyaşlı ölümdən döndü - VİDEO
Bərdədə şagirdləri qul kimi işlədən direktor Türkiyədə kef çəkir - Fotolar və video Bərdədə şagirdləri qul kimi işlədən direktor Türkiyədə kef çəkir - Fotolar və video
Mehriban Xanlarova “Ən yaxşı qadın aktrisa” seçildi - FOTO Mehriban Xanlarova “Ən yaxşı qadın aktrisa” seçildi - FOTO
Deputat: Zaqatala aeroportunun fəaliyyəti bərpa olunsun Deputat: Zaqatala aeroportunun fəaliyyəti bərpa olunsun
Günel Zeynalova: Kişi olsaydım, çox şorgöz olardım - VİDEO Günel Zeynalova: Kişi olsaydım, çox şorgöz olardım - VİDEO
İlham Əliyev Belarusda - YENİLƏNİB + FOTO İlham Əliyev Belarusda - YENİLƏNİB + FOTO
Cəbhədən xəbər Cəbhədən xəbər
Bakıda iki avtobus toqquşdu - FOTO Bakıda iki avtobus toqquşdu - FOTO
Mərhum azərbaycanlı nazirin nəvəsindən Rusiya səhnəsində möhtəşəm performans – VİDEO Mərhum azərbaycanlı nazirin nəvəsindən Rusiya səhnəsində möhtəşəm performans – VİDEO