Bakı sakininin aldığı şirniyyat qida üçün yararsız çıxıb.
AzBaku.org xəbər verir ki, Unikal.org-a şikayət edən Elşad Mətləboğlu bildirib ki, “Ozmo” əmtəə nişanlı şirniyyatı paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən “Ballı” marketdən aldığını bildirib. Həmin şirniyyatı açdıqda içərisində olan keksin kifləndiyini görüb. Bu məhsulu “Veysəloğlu” şirkəti idxal edir. Bir müddət əvvəl Qida Təhlükəsizliyi Agentliyi “Ozmo”da virus aşkarlandığını bildirmiş, şirkət təkzib etmişdi.