Strateji məqsəd Azərbaycanı daha da gücləndirmək, qüdrətini artırmaq, müstəqilliyini möhkəmləndirməkdir.
Məmurlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən xalqın birinci xidmətçisiyəm.
“Bermud Üçbucağı” – Beyləqan Elektrik Şəbəkə Araşdırma 3-cü yazı
2018-ci ilin 4 sentyabr tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərenerji” ASC-nin prezidenti təyin edilib
Balababa Hüseynağa oğlu Rzayev 2006-2015-ci illər ərzində "Bakıelektrikşəbəkə" ASC-nin İdarə Heyətinin Sədri vəzifəsində işləyib. Azərbaycan Prezidenti İlham Əliyevin 10 fevral 2015-ci il tarixli Sərəncamına əsasən Rzayev Balababa Hüseynağa oğlu "Azərişıq" ASC-nin Sədri vəzifəsinə təyin olunub.
Prezident İlham Əliyev 09 avqust 2016 tarixli Sərəncamı ilə Azərbaycanda elektroenergetika sahəsinin inkişafında xidmətlərinə görə Balababa Hüseynağa oğlu Rzayevə “Əməkdar mühəndis” fəxri adını verib.
Prezident 2017-ci il 9 iyun tarixli Sərəncamı ilə Balababa Rzayevi 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
Bu informasiya B.Rzayevin həyat dosyesindən qısa, lap qısa bir tanıtımdır. Balababa müəllimi “Azərişıq” ASC-də gördüyü işlər o qədər açıq şəkildə tanıdır ki, “görünən dağa bələdçi lazım deyil” məsəli ilə yazımıza keçid almaq vaxtıdır.
15.11.2018-ci il tarixli buraxılışmızda “Bermud Üçbucağı” – Beyləqan Elektrik Şəbəkə Araşdırma” (http://sozazadligi.org/index.php/region/17640-“bermud-üçbucağı”-–-beyləqan-elektrik-şəbəkə-araşdırma.html) başlıqlı yazımızda “Azərişıq” ASC, Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ), Beyləqan Elektrik Şəbəkədə rəis İbrahim Şirinovun rəhbərliyi altında baş verən bəzi qanunsuz əməllərə az da olsa işıq salaraq əlaqədar qurumların diqqətini bu məsələlərə çəkmək istədik. Əsil reallıq isə başqa cür görünməyə başladı. Həmin görüntülər isə yazıya bu başlığı seçməyə bizi vadar etdi.
Əsas məsələyə keçməmişdən əvvəl bu məmurlara möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının tez-tez vurğuladığı bir məsəli xatırlatmaq istəyirik: “Şah qanun deyil, qanun şahdır!”
“Bermud Üçbucağı” – Beyləqan Elektrik Şəbəkə Araşdırma başlıqlı yazımızdaŞəbəkədə baş verən qeyri-qanuni əməllərin araşdırılması və hüquqi qiymət verilməsi üçün S-18/054 saylı 24 oktyabr 2018- ci il tarixli və S-18/055 saylı, 26 oktyabr tarixli məktublarla “Azərişıq” ASC, Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) sədri cənab Canəhməd Əhmədova müraicət etdik. Lakin Aran RETSİ-nin sədri bu sorğuların cavablandırılması üçün göstəriş verməyi özünə rəva bilmədi.
Bu ye rdə ağlığımıza qara-qura fikirlər gəlir ki, bəlkə də Beyləqan elektrik şəbəkədə gedən, sayğac əməliyyatlarından, saxta diplomlarla qədər vəzifəyə təyin olunanlardan Canəhməd “müəllimin” xəbəri var?
Əgər xəbəri yoxdursa, Beyləqan elektrik şəbəkədə abonent üzrə mühəndis vəzifəsində işləyən, həmin şəbəkədə baş mühəndis vəzifəsində işləyən Həsən Mustafayevin oğlu Vüsal Mustafazadəni işə qəbul edən kimdir?
Bəlkə də kadr məsələlərinə məsul olan Təhmiraz müəllim bu böyüklükdə faktı C.Əhmədovdan gizləyib? Özümüzü bəlkələrlə yorub əsas məğzdən uzaqlaşmayaq.
Özünü Azərbaycan Respublikası qanunlarından yüksəkdə görən, təkəbürlü Canəhməd “müəllim” bir şeyi bilməli idi ki, onun bu qeyri-qanuni hərəkəti (və ya hərəkətsizliyi) “Sözazadlığı.org” ictimai-siyasi, onlayn qəzetinə qarşı deyil, ilk öncə ona etimad göstərib həmin vəzifəyə təyin etmiş B.Rzayevə qarşıdır. Canəhməd “müəllim” onu da bilməli idi ki, B.Rzayev öz işi ilə Dövlət başçısı İlham Əliyev cənablarının etimadını qazanıb.
Beyləqan rayonunda qeyri-əhali qrupuna daxil olan bəzi sahibkarlıq obyektlərinin əhali kimi qeydiyyata alınaraq qanunun tələblərinin kobud şəkildə pozulması hallarının olması ilə bağlı Beyləqan Elektrik şəbəkənin rəisi İbrahim Şirinovla telefon əlaqəsi zamanı məlumat verdikdə, o, bu halın nəiki, Beyləqan rayonu üzrə, Bakı şəhəri və hətta bütün Respublika üzrə ənənvi xarakterli olmasını bildirdi. Bizi də çox təəccübləndirən bu cavaba yəqin ki, “Azərişıq” ASC-nin rəhbərliyi və şəxsən B.Rzayev öz münasibətlərini bildirəcəklər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları öz çıxışlarında dövlət büdcəsinə əl uzadan məmurları kəskin tənqid etməsi və həmin şəxslərin ciddi cəzalandırılması hamımıza məlumdur. Bütün bunlara baxmayaraq Aran RETSİ-nin rəhbərliyinin kimlərəsə arxalanıb, təkəbbürlə belə cavab verməsi etbardan sui-istifadə etmədən başqa bir şey deyil...
Yazıda adları hallanan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
(Sozazadligi.org)