GƏNCƏDƏ MƏKTƏBLİ QIZIN ACI HEKAYƏSİ – AİLƏSİNİ DOLANDIRMAQ ÜÇÜN GECƏLƏR BU İŞLƏ MƏŞĞULDUR – VİDEO

Gəncə şəhərində ailəsini dolandırmaq üçün zibil qutularından istifadə olunmuş energetik içkilərin qablarını yığıb satan məktəbli qızın görüntüləri yayılıb.

A24.az xəbər verir ki, imkansız ailənin 12 yaşlı qız övladı zibil qutularından energetik içkilərin qablarını yığıb satmaqla ailəsinin maddi xərclərini qarşılamaq üçün köməklik göstərdiyini bildirib.

Görüntülər sosial mediada müzakirə mövzusuna çevrilib. Belə ki, 12 yaşlı Elnarə, əslən, Goranboyun Qaramusalı kəndindən olduğunu və məktəbə getmədiyini bildirib. Anası və ogey atası ilə birlikdə yaşayan Elnarə sinif yoldaşlarının onu pislədiyi və təhsil aldığı müəssisənin köhnə olduğu üçün məktəbə getmədiyini qeyd edib. O, məşğul olduğu işlə gün ərzində 2 manat qazandığını vurğulayıb.