Komitənin uşaq problemlər şöbəsinin keçmiş müdiri olmuş Bağırova Cəmilənin qardaşı Davud Bağırovun Dubayda sərgüzəştləri

Bağırov Davudun Dubay Məhkəməsini də aldatmağa çalışması baş tutmamışdır. Bağırov Davud tərəfindən Mamurova Aselin vasitəsilə Merim Beishekeyevanın (Beyşekeyevanın) əleyhinə Qırğızıstandan dəvət etmiş olduğu yalançı şahidlər, o cümlədən əxlaqsız Mamırova Asel də özlərini ifşa etdilər.
Bağırov Davudun 70 yaşı tamam olmuş qoca, güclə yeriyən, hipertonik xəstə olan anası Əhmədova Ramidənin azyaşlı Ceylanın “qayğısına qalmış olması” nə qədər real görünə bilər?!?...
“Respublikanın birinci vitse prezidentinə təkrarən növbəti şok-məktub”
Komitənin uşaq problemlər şöbəsinin keçmiş müdiri olmuş Bağırova Cəmilənin qardaşı Davud Bağırovun Dubayda sərgüzəştləri
Komitənin uşaq problemlər şöbəsinin keçmiş müdiri olmuş Bağırova Cəmilənin qardaşı Davud Bağırovun Dubayda sərgüzəştləri

Hicran Hüseynova Cəmilə Bağırova

► ► ► Mətbuat səhifələrində ABŞ vətəndaşı olan azyaşlı Ceylanın anası Merim Beishekeyevadan (Beyşekeyevadan) oğurlanaraq viza rejimi kobud surətlərdə pozulmaqla Azərbaycan Respublikası ərazisinə gətirilməsinə, iş üzrə uzun müddət qalmaqallı məhkəmə proseslərinin davam etməsinə dair yüzlərlə məqalələrin çap edilməsi ilə nəticələnsə də, bu işdə dövlət məmurlarının da adları keçsə də, bu günə qədər məsələ öz hüquqi həllini tapmamış, bu azmış kimi konustitusiya məhkəməsi tərəfindən də hüquqa zidd məhkəmə aktının çıxmış olması ilə nəticələnmişdi.

Bir daha oxucuların diqqətinə çatdırılır ki, 2017 ilin mart ayının əvvəllərindən başlayaraq “Yeni Müsavat” qəzetində, Musavat.com saytında, “Pravdainfo.org” və “Təzadlar” saytlarında, digər qəzet və çoxsaylı saytlarda, sonuncu dəfə “AzEuroNews.com” saytının 20 iyun 2018 il tarixli, “MillətinSəsi.info” 21 iyun 2018 il tarixli buraxılışlarında “Hicran Hüseynovanın adı keçən Ceyla işində Mehriban Əliyevaya şok – Məktub” məqaləsində, 09 oktyabr 2018 il tarixli buraxılışda “konustutusiya məhkəməsindən və onun sədrindən görünməmiş rəzalət” məqaləsində, “Təzadlar” və “Hürriyyət” qəzetlərində və saytlarında Qırğızıstan Respublikasının vətəndaşı Merim Beishekeyevanın (Beyşekeyevanın) hüquqlarının kobud surətdə, qəddarcasına pozulmuş olmasından onun hüquqlarının müdafiəçisi, hüquqşünas Abdulla Əfəndizadənin məlumatları işıq üzü görüb.

Komitənin uşaq problemlər şöbəsinin keçmiş müdiri olmuş Bağırova Cəmilənin qardaşı Davud Bağırovun Dubayda sərgüzəştləri

Cəmilə Bağırova (solda)

Ceylanın anası, Qırğızıstan vətəndaşı Merim Beishekeyevanın (Beyşekeyevanın) hüquqlarının müdafiəçisi, hüquqşünas Abdulla Əfəndizadə bizim sayta göndərdiyi məktubda Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təkrarən müraciət edib.

Müraciətdə bir daha konustitusiya məhkəməsindən, onun sədri Fəryad Abdullayevdən, onun arvadı Səbail rayon Qeydiyyat Şöbəsinin rəisi İradə İsgəndərovadan, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovadan, həmin komitənin Uşaq Problemləri Şöbəsi müdiri Cəmilə Bağırovadan, onun qardaşı Davud Bağırovdan, Davud Bağırovun vəkili olmuş Qulyev Azardan və digər dövlət məmurlarından Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə növbəti dəfə təkrarən şikayət edilib.
Komitənin uşaq problemlər şöbəsinin keçmiş müdiri olmuş Bağırova Cəmilənin qardaşı Davud Bağırovun Dubayda sərgüzəştləri

“Hörmətli Mehriban xanım!

Bir daha diqqətinizə çatdırmaq istəyirəm ki, söhbət azyaşlı – Amerika Birləşmiş Ştatlarının vətəndaşı olan Ceylanın anası, Qırğızıstan Respublikasının vətəndaşı, Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyinin Rezidenti Merim Beishekeyevanın (Beyşekeyevanın) hüquqlarının konustitusiya məhkəməsi tərəfindən kobud surətdə pozulmasından, Amerika Birləşmiş Ştatlarının vətəndaşına dair əvvəlcə 16 noyabr 2012 il tarixdə doğum haqqında şəhadətnamə, 13 dekabr 2012 il tarixdə P USA seriyalı 488048595 №-li Pasport sahibi olan azyaşlı Ceylaya sonradan Səbail r-n Qeydiyyat Şöbəsində 12 dekabr 2012-ci il tarixində saxta doğum şəhadətnaməsinin verilmiş olmasından və bu qanunsuzluqların baş verməsindən, hüquq-mühafizə orqanlarının, məhkəmələrin bu qanunsuzluqlara göz yummalarından gedir.

Məlum olduğu kimi Dubay Ali Məhkəməsinin 250/2016 saylı 14 fevral 2017 il tarixli Qərarının Azərbaycan Respublikasının ərazisində tanınmasına və məcburi icrasına yönəlməsinə dair Azərbaycan Respublikasının Ali Məhkəməsinin hakimi Əsəd Mirzəliyevin sədrliyi ilə iş №10(102)-80/2017 saylı 5 oktyabr 2017 il tarixli Qərardadını elan etməsinə, 1 noyabr 2017-ci il tarixdə İcra Vərəqəsinin verilməsinə, həmin İcra Vərəqəsinin 20 noyabr 2017-ci il tarixdən Bakı şəhər Səbail Rayon İcra və Probasiya Şöbənin icraatında olmasına baxmayaraq, Bağırov Davudun tərəfindən konustitusiya məhkəməyə verilmiş şikayətini konustitusiya məhkəməsi 24 may 2018-ci il tarixində icraata götürmüş olduğu vaxta qədər Davud Bağırovun, onun bacısı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Uşaq Problemləri Şöbəsinin müdiri, Cəmilə Bağırovanın, komitənin sədri Xıcran Hüseynovanın, onların president administrasiyasındakı himayədarları tərəfindən qəsdən maneçilik törədilmiş olmasına görə icra olunmamış qaldığı barədə mətbuatda ətraflı məqalələrin nəşr olunması ilə nəticələnmışdir.
Komitənin uşaq problemlər şöbəsinin keçmiş müdiri olmuş Bağırova Cəmilənin qardaşı Davud Bağırovun Dubayda sərgüzəştləri

25 iyul 2018-ci il tarixində konustitusiya məhkəməsi tərəfindən çıxarılmış qərarı AR Ali Məhkəməsinin 31 okjtyabr 2018-ci il tarixli Plenumu tərəfindən baxılmış olaraq AR Ali Məhkəməsinin (sədirlik edən Ə. A. Mirzəliyev) №10(102)-80/2017 saylı 5 oktyabr 2017 il tarixli Qərardadını ləğv edib, yenidən baxılmasına dair AR Ali Məhkəməsinin Mülkü Kollegiyaya göndərmişdir. İş AR Ali Məhkəməsinin icraatındadır.

Eyni zamanda Merim Beishekeyevanın (Beyşekeyevanın) cavabdeh Səbail r-n Qeydiyyat şöbəsinə (rəisi İradə İsgəndərova, konstitusiya məhkəmənin sədri olmuş Fərhad Abdullayevin arvadıdır), üçüncü şəxslər: Bağırov Davuda və Bağırova Cəmiləyə qarşı azyaşlı Ceylaya verilmiş “doğum şəhadətnaməsinin etibarsız sayılmasına və s.” iddiasına əsasən inzibati iş üzrə Bakı apellyasiya məhkəməsinin (sədrlik etmiş Həmidov H.Ü.) iş №2-1(103)-1130/2018-ci saylı 14 iyun 2018-ci il tarixində çıxarılmış qərarından verilən Kassasiya Şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin hakimi Kəmaləddin Bədəlovun sədrliyi ilə 14 noyabr 2018 il tarixdə Kassasiya Şikayətinin mümkünlüyünə dair iclas 21 noybr 2018 il tarixinə o səbəblərdən təxirə salınmışdır ki, Kassasiya Şikayəti iddiaçı Merim Beishekeyevanın (Beyşekeyevanın) nümayəndəsi, hüquqşünas Abdulla Əfəndizadə tərəfindən imzalanmaqla verildiyinə əsasən, nümayəndəlik institutu qohum və vəkil olmayan şəxslər üçün ləğv edildiyindən o (yəni A.Əfəndizadə) imzalaya bilməzdi. Abdulla Əfəndizadə isə bir daha məhkəmənin və digər tərəflərin və onların vəkillərinin “yadına salır ki,” AR Milli Məclisin 31 oktyabr 2017-ci il tarixində qəbul etmiş olduğu, respublikanın prezidentinin 07 noyabr 2017-ci il tarixində həmin qanunu təsdiq etdiyi fərmanına görə həmin qanun 01 yanvar 2018-ci il tarixindən qüvvəsinə minmiş olub. 01 yanvar 2018 il tarixinədək hər hansı bir şəxslərin icraatında olan mülki, iqtisadi və inzibati işlər öz yekun nəticəsini – mahiyyəti üzrə müvafiq məhkəmə instansiyalarında baxılıb qurtaranadək həmin şəxslər tərəfindən aparıla bilər.
Komitənin uşaq problemlər şöbəsinin keçmiş müdiri olmuş Bağırova Cəmilənin qardaşı Davud Bağırovun Dubayda sərgüzəştləri

Abdulla Əfəndizadə də bu inzibati işi 2017 ilin mart ayından apardığından və bu iş yekun nəticəsini hələ ki, tapmadığına əsasən apara bilər. Abdulla Əfəndizadə hər hansı bir narazılıq yaranmaması üçün Merim Beishekeyevaya (Beyşekeyevaya) iş üzrə vəkillər kollegiyasının üzvü olan şəxsə etibarnamə göndərməsini xahiş edib. Azərbaycanın Dubaydakı baş Konsulluğu qəsdən Merim Beishekeyevanın (Beyşekeyevanın) adından Etibarnamə verilməsini yubatdığından, Merim Beishekeyeva (Beyşekeyeva) da 14 noyabr 2018 il tarixdə bir günlüyə Azərbaycana gəlib, Notariat Kontorundan vəkil olan şəxsə Etibarnamə verib, Dubay Əmirliyinə qayıtmışdır. Kassasiya Şikayəti vəkil tərəfindən yenilənərək AR Ali Məhkəməsinin dəftərxanasına təqdim edilmişdir. 21 noyabr 2018 il tarixli AR Ali Məhkəməsinin hakimi K.Bədəlov 21 noyabr 2018 il tarixli məhkəmə iclasında Kassasiya Şikayətinin mümkünlüyü barədə Qərardad çıxarmışdır. Məhkəmə iclasının vaxtı haqqında əlavə məlumat veriləcəyini diqqətə çatdırmışdır.
Komitənin uşaq problemlər şöbəsinin keçmiş müdiri olmuş Bağırova Cəmilənin qardaşı Davud Bağırovun Dubayda sərgüzəştləri

Məlumat üçün diqqətə çatdırılır ki, “Millətin səsi.info” saytı, həm də Merim Beishekeyevanın (Beyşekeyevanın) nümayəndəsi, hüquqşünas Abdulla Əfəndizadə tərəfindən həm Dövlət Sərhəd Xidmətinə, həm də Xarici İşlər Nazirliyinə edilən ardıcıl müraciətlər nəticəsində hər iki dövlət orqanlarının tərəfindən-Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin rəisi Mübariz Məmmədovun həm Abdulla Əfəndizadəyə, həm də “Millətin səsi” saytının rəhbərliyinə ünvanladığı 16/7734 №-li 07 noyabr 2018 il tarixli cavab- məktubundan, Xarici İşloər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Faiq Bağırovun (azyaşlı Ceylara Türkiyədə saxta viza verilmiş olanda Faiq Bağırov həmin vaxt səfiri idi) həm Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinə, həm Abdulla Əfəndizadəyə, həm də “Millətin səsi.info” saytının rəhbərliyinə ünvanladığı 4/15-7458/15/18-ci saylı 02 noyabr 2018-ci il tarixində imzaladığı məktubundan məlum olur ki, üçüncü şəxlərdən Bağırov Davud Azərbaycanın Türkiyədəki səfirliyindən 05 oktyabr 2015-ci il tarixində azyaşlı Ceylaya ABŞ vətəndaşı kimi AA1362428-ci saylı vizanı rəsmiləşdirib, həmin vizaya görə 07 oktyabr 2015-ci il tarixində Azərbaycan ərazisinə keçirimişdi. Yəqin AR Ali Məhkləməsinin İnzibati-İqtisad Kollegiyasının məhkəmə tərkibi tərəfindən (sədrlik edən, hakim Kəmaləddin Bədəlov) bütün qeyd olunanlara hüquqi qiymət verib, apelyasiya instansiyası məhlkəməsinin qərarının ləğv edilməsinə dair Qərar elan ediləcəkdir.
Komitənin uşaq problemlər şöbəsinin keçmiş müdiri olmuş Bağırova Cəmilənin qardaşı Davud Bağırovun Dubayda sərgüzəştləri

Bu günkü məqaləmizdə Bağırov Davudun Dubay Əmirliyində törətmiş olduğu “sərgüzəştlərindən” söhbət açılacaqdır. Demə Bağırov Davud Azərbaycanda konstitusiya məhkəməyə şikayətini vermiş olduqdan, həmin şikayətini konstitusiya məhkəməsi icraata göürmüş olduqdan sonra 2018-ci ilin iyun ayında Merim Beishekeyevanın (Beyşekeyevanın) xəbəri olmadan Dubay Əmirliyində azyaşlı Ceylanın Merim Beishekeyevanın (Beyşekeyevanın) himayəsindən alımış olaraq ona (yəni Bağırov Davuda) verilmiş olması üçün iddiasını qaldırmışdı. Merim Beishekeyevanın (Beyşekeyevanın) bu iddiadan xəbəri olmasın deyə Merimin köhnə ünvanın, keçmişdə istifadə etdiyi telefon nömrəsini iddiasında göstərib.

Ona görə Dubay Əmirliyinin birinci instansiya məhkəməsi prosesi Merim Beishekeyevanın (Beyşekeyevanın) iştirakı olmadan keçirmişdi. Bununla belə qanunun alılıyini əldə tutan Dubay Məhkəməsinin Qətnaməsinə əsasən Bağırov Davudun iddiası rədd edilmişdir. Merim Beishekeyeva (Beyşekeyeva) belə bir iddianın varlığından sırf təsadüf nəticəsində-məhkəməyə gedib, Dubay Ali Məhkəməsinin 250/2016 saylı 14 fevral 2017 il tarixli Qərarın icrası ilə əlaqədar hakim köməkçisinə müraciət edərkən digər hakimin köməkçisinin həmin otaqda olub, Merim Beishekeyevanın (Beyşekeyevanın) və Bağırov Davudun adlarını eşitdikdə, ona müraciət edərək Bağırov Davudun ona qarşı vermiş olduğu yeni iddiasına görə işin apellyasiya instansiyasında araşdırıldığını, məhkəmənin onu (yəni Merim Beishekeyevanı (Beyşekeyevanı)) tapa bilmədiyini bildirərkən xəbər tutmuşdur.
Komitənin uşaq problemlər şöbəsinin keçmiş müdiri olmuş Bağırova Cəmilənin qardaşı Davud Bağırovun Dubayda sərgüzəştləri

Apellyasiya instansıyasının məhkəmə iclaslarında Bağırov Davudun iddiasıyla, apelyasiya şikayətilə tanış olarkən məlum olmuşdur ki, Bağırov Davud Dubay Məhkəmə instansiyalarını aldatmış olub. Belə ki, Bağırov Davud Dubay Ali Məhkəməsinin 250/2016 saylı 14 fevral 2017 il tarixli Qərarının Azərbaycan Respublikasının ərazisində tanınmasına və məcburi icrasına yönəlməsinə dair Azərbaycan Respublikasının Ali Məhkəməsinin hakimi Əsəd Mirzəliyevin sədrliyi ilə iş №10(102)-80/2017 saylı 5 oktyabr 2017 il tarixli Qərardadını Dubayda təqdim edərək, guya Azərbaycanda icra olunduğunu, Merim Beishekeyevanın (Beyşekeyevanın) azyaşlı Ceylanı ondan aldığını, lakin guya uşağa (yəni azyaşlı Ceylaya) baxmadığı,uşağın yenidən onunla (yəni Bağırov Davudla) qalmış olduğuna görə Merim Beishekeyevanın (Beyşekeyevanın) qəyyumluqdan məhrum etmiş olmağı məhkəmədən xahiş etmişdi.
Komitənin uşaq problemlər şöbəsinin keçmiş müdiri olmuş Bağırova Cəmilənin qardaşı Davud Bağırovun Dubayda sərgüzəştləri

Bu azmış kimi növbəti dəfə Merim Beishekeyevaya (Beyşekeyevaya) şər, böhtan atdırmış olması üçün Dubay Apelliyasiya İnstansıyasının 20 noyabr 2018-ci il tarixində keçirlmiş məhkəmə iclasında yüngül əxlaqlı Mamurova Aselin vasitəsilə Qırğızıstandan iki gənc əxlaqsız qızları şahid qismində cəlb etdirmişdi. Həmin əxlaqsız şahid qızlar yalandan Merim Beishekeyevanın (Beyşekeyevanın) “üzünə durmuş olaraq” guya onu tanıdıqlarını, guya Merim tərəfindən Usupbekkızı Luizanı pis yola çəkmiş olduğunu bildirmişdilər. Həm hakimin. Həm də Merim Beishekeyevanın (Beyşekeyevanın) vəkilinin həmin əxlaqsız şahid qızlara verdikləri suallara ki, onlar haradan, kimdən öyrənmişdilər ki, həmin gün azyaşlı Ceyla ilə əlaqədar məhkəmə iclası keçirilir, onların Bağırov Davudu tanıyıb-tanımadıqlarını soruşduqda, həmin yalançı, saxta şahidlərin əvvəlcə cavabları Bağırov Davudu tanımadıqları, lakin hakimin Bağırov Davudun vəkilinə verdiyi suala vekil etiraf etdikdə ki, həmin şəxsləri Bağırov Davud göndərib, məhz bundan sonra həmin yalançı, saxta şahidlər hakimin diqqətinə catdırıblar ki, onlar Davudu üzdən görməsələr də, Davudun “əzabkeş ata” olması barədə onlarda məlumatlar var, bu səbəbə görə Merim Beishekeyevanın (Beyşekeyevanın) azyaşlı qızı Ceyla üzərində qəyyumluğu ləğv, valideyinlik hüququndan məhrum edilməli idi.
Komitənin uşaq problemlər şöbəsinin keçmiş müdiri olmuş Bağırova Cəmilənin qardaşı Davud Bağırovun Dubayda sərgüzəştləri

Komitənin uşaq problemlər şöbəsinin keçmiş müdiri olmuş Bağırova Cəmilənin qardaşı Davud Bağırovun Dubayda sərgüzəştləri

Merim Beishekeyeva (Beyşekeyeva) isə AR Ali Məhkəməsinin (sədrlik edən Ə.A.Mirzəliyev) №10(102)-80/2017 saylı 5 oktyabr 2017 il tarixli Qərardadına əsasən İcra Vərəqəsi üzrə borclu Bağırov Davudun icradan yayınmış olması, azyaşlı Ceylanı gizlətmiş olduqları üçün onların axtarışa verilməsinə, konustitusiya məhkəmənin Bağırov Davudun şikayətini icraata götürmüş olması, 25 iyul 2018-ci il tarixində AR Ali Məhkəməsinin 05 oktyabr 2017 il tarixli Qərardadını qüvvədən düşmüş hesab etməsi ilə əlaqədar 17 avqust 2018-ci il tarixində icra vərəqəsinə xitam verildiyi barədə Səbail r-n İcra və Probasiya Şöbəsinin 24 sentyabr 2018-ci il tarixində imzaladığı rəsmi məktubu Dubay Əmirliyinin Apellyasiya Məhkəməsinə təqdim etmişdir.

Ən təəccüblüsü o idi ki, artıq Bağırov Davud görünür başqa yalançı şahidlər tapa bilmədiyindən, Usubek qızı Luizanı yalan ərizə verməyə “razı salmış”, hələ Dubay Ali Məhkəməsinin 250/2016 saylı 14 fevral 2017 il tarixli Qərarındakı mətnlərində Bağırov Davudun xeyrinə yalançı şahid kimi adı keçən Mamırova Aselin gəlib yalan ifadə verməsi olub. Məhkəmə sənədlərin təqdim edilməsi üçün təxirə salınıb.
Komitənin uşaq problemlər şöbəsinin keçmiş müdiri olmuş Bağırova Cəmilənin qardaşı Davud Bağırovun Dubayda sərgüzəştləri

Görəsən Bağırov davud nə vaxta qədər azyaşlı Ceylanı anası Merim Beishekeyevaya (Beyşekeyevaya) göstrərmək istəməyəcək, çoxlu maneəçiliklər törədəcək?!? Axı Bağırov Davud il ərzində üst-üstə uzağı heç 50 (əlli) gün Azərbaycan ərazisində olmur. Onun azyaşı Ceylanı anasının yanında qoymuş olması nə vaxta qədər davam edəcəkdi?!? Bağırov Davudun 70 yaşı tamam olmuş qoca, güclə yeriyən, hipertonik xəstə olan anası Əhmədova Ramidənin azyaşlı Ceylanın “qayğısına qalmış olması” nə qədər real görünə bilər?!

Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisad Kollegiyasının hakimi Kəmaləddin Bədəlov bu inzibati işi bəlkə elə Bağırov Davudun xeyrinə həll edilmiş olması üçün bu qədər yubadırdı. Həmçinin Dubay Ali Məhkəməsinin 250/2016 saylı 14 fevral 2017 il tarixli Qərarın Azərbaycan Respublikasının ərazisində tanınmasına və məcburi icrasına yönəlməsinə dair mülki işlə əlaqədar Ali Məhkəmənin plenumundan sonra belə uzun müddət ərzində hər hansı bir hakimin icraatına verilməmiş olması da çoxlu suallar yaradır.
Komitənin uşaq problemlər şöbəsinin keçmiş müdiri olmuş Bağırova Cəmilənin qardaşı Davud Bağırovun Dubayda sərgüzəştləri

Aldığımız məlumata görə hakim Kəmaləddin Bədəlov Neftçala rayonundandır, konustitusiya məhkəməsinin sədri olmuş Fəryad Abdullayevin atası, Bakıdakı Mərkəzi Univermağın (MUM) bir vaxtlar direktoru olmuş mərhum Sahib Abdullayev də əslən Salyandandır. Deyilənə görə onların tanışlıqları da var idi. Məhz Sahib Abdullayev MUM direktoru olduğundan Fəryad Abdullayev Bakıda yox, Moskvada hüquq fakültəsində oxumuşdu. Məlum olduğu kimi inzibati iş üzrə cavabdeh təşkilat olan Səbail r-n şöbəsinin müdiri olmuş İradə İsgəndərova konustitusiya məhkəməsinin sədri olmuş Fəryad Abdullayevin arvadı idi.

Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisad Kollegiyasında azyaşlı Ceylaya verilmiş “doğum şəhadətnaməsinin etibarsız sayılmasına və s.” iddiası üzrə inzibati işlə, Mülki Kollegiyasında Dubay Ali Məhkəməsinin 250/2016 saylı 14 fevral 2017 il tarixli Qərarın Azərbaycan Respublikasının ərazisində tanınmasına və məcburi icrasına yönəlməsinə dair mülki işlə əlaqədar işə baxılarkən Bağırov Davudun bu yaramaz hərəkətlərinə də hüquqi qiymət verilməlidir. AR Ali Məhkəməsinin sədri, bu yaxınlarda prezident tərəfindən “birinci dərəcəli vətənə xidmətə görə” ordeni ilə təltif edilən hörmətli Ramiz Rzayev cənabları hər iki işləri nəzarətində saxlayıb, hər iki məhkəmə tərkiblərinə obyektiv Qərarlarını çıxarmaları üçün tövsiyyələrini əsirgəməyəcəkdir. Eyni zamanda redaksiyanın adından hörmətli Ramiz Rzayevi səmimi qəlbdən təbrik edir, ona uzun ömür və cansağlığı, fəaliyyətində uğurlar arzulayırıq.



Doğrudan da Bağırov Davudun bu hərəkətlərinə ancaq belə qiymət vermək olar YARAMAZLIQ. Azərbaycanın, onun Prezidentinin, Vitse-Prezidentinin adına böyük ləkə gətirmiş Bağırov Davudla, onun Ailə, Qadın və Uşaq problemlər üzrə dövlət komitənin Uşaq problemlər şöbəsinin müdiri olmuş bacısı Bağırova Cəmiləylə, onlara havadarlıq etmiş şəxslərlə hüquq-mühafizə, digər aidiyyətı orqanlar ciddi məşğul olmalıdırlar və inanırıq ki, nəhayət məşğul da olacaqdırlar.

Həmçinin respublikanın Vəkillər Kollegiyasını da Bağırov Davudun nümayəndə və vəkili olmuş Quliyev Azərin həm apelyasiya, həm də kassasiya instansiyalarında iştirak etmək üçün 07 noyabr 2017-ci il tarixində 11 saylı hüquq məsləhətxanasından vəkilə-Süleymanov Familə bir orderi verməsinə, Quliyev Azərin özünün konstitusiya məhkəmədə 28 iyun 2018-ci il tarixində vəkil orderi təqdim etmədən iştirak etmiş olması araşdırılmalı, Quliyev Azərin cəzalandırılması məsələsi maraqlandırmalıdır. Bu məqaləyə qoşmada Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin və Xarici İşlər Nazirliyinin azyaşlı Ceylanın Amerika Birləşmiş Ştatlarının vətəndaşı kimi Azərbaycanın Türkiyə Səfirliyindən alınmış vizasıyla Azərbaycan ərazisinə keçmiş olması ilə əlaqədar sənədləri də təqdim edəcəyik.

İnanırıq ki, Respublikanın Prezidenti, onun xanımı, Birinci Vitse-Prezident nəhayət bu məsələlərlə əlaqədar nəzarətlərə götürüb, ciddi məşğul olacaqdırlar, respublikanın adına ləkə gətirmiş Bağırov Davudun, onun bacısı olmuş Bağırova Cəmilənin və onların himayədarlarının barələrində ciddi araşdırmaların aparılmalarına göstərişlər verməklə həll olunmamış məsələlərin öz həllini tapmalarına, gənc ana Merim Beishekeyevanın (Beyşekeyevanın) öz azyaşlı qızı Ceylaya qovuşmasına imkan yaradacaqdırlar. Azərbaycan Respublikasının Ali Məhkəməsində də həm inzibati, həm də mülki işlərlə əlaqədar obyektiv Qərarlar çıxarılacaqdır.

Araşdırmamız davam edir.
milletinsesi.info