Zəncirvarı qəza baş verib, maşın DYP postuna çırpılıb

Yola çıxan piyada Bakı-Sumqayıt yolunu bir-birinə qatdı

Bakı-Sumqayıt yolunda zəncirvari qəza baş verib. İstiPress-in "report"a istinadla verdiyi məlumata görə, qəzaya piyadanın qəfil yola çıxması olub.

Piyadanın yola çıxması nəticəsində 4 avtomobil biri-birinə, daha bir avtomobil isə divara çırpılıb.

Belə ki, sürət həddi 80 km/saat olan yolun hərəkət zolağına piyadanın çıxması nəticəsində sol zolaqla hərəkət edən "VAZ 2107", "Niva", "Mercedes Benz" və KİA markalı avtomobillər bir-birinə çırpılıb.

Sağ zolaqla hərəkət edən "Nissan Qashqai" markalı avtomobil isə Xırdalandakı DYP postunun divarına çırpılıb. Qəza nəticəsində avtomobilin ön tərəfi tamamilə deformasiyaya uğrayıb.