ğdam icra başçısı Vaqif Həsənov toplantı keçirib. İcra başçısı bu dəfə bağça müdirlərini sınağa çəkərək barmaq silkələyib.
Bu iddia paytaxt.org-a Ağdamdan daxil olan müraciətdə yer alıb. Beləki, müraciət müəlliflərinin iddasına görə, bir neçə gün öncə, rayon əraizisində fəaliyyət göstərən bütün bağça müdirlərini icra başçısı öz otağına toplayıb. Rayon rəhbəri otağına topladığı müəssə rəhbərlərini salamlayaraq, tək, tək tanış olub. Və, tanışlıqdan sonra əsas mətləbə keçərək bildirib. “Bu gündən etibarən texnikom qurtaran və ələvə kurslarda iştirak etməyən, eləcədə mərkəzlərdə imtahan verməyən müəssə rəhbərləri işdən azad olunacaqlar. Bu səbəbdən də bir ay sizə möhlət verilir.”
İcra başçısının belə sərt çıxışı 20-30 il bağçada çalışanların qəzəbinə səbəb olub. Bildirilir ki, 10-na yaxın xanım müəssə rəhbərləri icra başçısından prezidentə şikayət etmək üçün PA-nın qarşısına yığışaraq narazılıq bildirəcəklər.
Daxil olan ən son məlumatda isə bildirilir ki, icra başçısı adından qapı – qapı gəzən emisarlar pul yığımına başlayıb. Bildirilib ki, “kim işləmək istəyirsə, haqqını verməlidir. Hətta xadimə kimi işə düzəlmək istəyənlər olsa da belə…”
Narazı yerli sakinlər onuda yazır ki, ümumiyyətlə son günlər ərzində Ağdamda yerləşən uşaq bağçaları rəhbərləri ilə yanaşı, rayonda yerləşən bütün müəssə və idarələrdən icra başçısı adından pul yığımı kompaniyası başlatılıb.