“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində BMT-nin Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə yeniyetmə və gənclər arasında velosiped idmanına marağı artırmaq və bu idman növündə gender bərabərliyini təmin etmək məqsədi ilə Azərbaycan Velosiped İdmanı Federasiyası, “Gənc Velosipedçilər” İctimai Birliyi və Respublika Olimpiya Velosiped Məktəbinin təşkilatçılığı ilə regionlarda “Sağlam həyata doğru: Velosiped idmanında gender bərabərliyi” mövzusunda təlim-seminar və veloyürüşlər başa çatıb.
Biləsuvar rayonunda təşkil olunan sonuncu layihə çərçivəsində qadınların bu idman növünə cəlb edilməsi, velosiped idmanının gender əsaslı zorakılığa qarşı mübarizədə qızların və qadınların maarifləndirilməsi baxımındanəhəmiyyətindən, bu idman növünün qadın reproduktiv sağlamlığında rolu və ondan düzgün istifadə qaydalarından bəhs edilib.
Seminar zamanı gənc qızlara əyani olaraq velosiped üzərində praktiki təlimlər keçirilərək müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Yeniyetmə və gənclərə bu idman növündən və qadın hüquqlarından bəhs edən kitablar və müxtəlif çap materialları paylanılıb. Daha sonar seminar və təlimlərdə iştirak etmiş qızların iştirakı ilə Biləsuvar rayonunda veloyürüş keçirilib. Qeyd edək ki, layihə çərçivəsində Mingəçevir, Qusar və Lənkəranda da anoloji tədbirlər təşkil olunub.