MASALLIDA PARTLAYIŞ! “Azəriqaz” İB-nin səhlənkarlığı nəticəsində 3 körpə ağır vəziyyətdə...

Üç azyaşlı ağıryaralı olduğu bildirilib...

Bakunews.az xəbər verir ki, Masalı rayon Sığıncaq kəndində qaz sızıntısı nəticəsində partlayış baş verib. Evin partlaması nəticəsində üş azyaşlı uşaq ağır yaralı olaraq xəstəxanaya yerləşdiriliblər. Hal-hazırda uşaqların vəziyyəti ağır olaraq qiymətləndirilib.
Etibarlı mənbədən verilən məlumata görə, partlayışın baş verdiyi mənzilin sahibi dəfələrlə “Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismar İdarəsinin, Masallı rayonu üzrə xidmət sahəsinə yaxınlaşaraq qazsızmasının olduğunu xəbər verib. Hər hansı qəza baş verəcəyini öncədən bildirən ev sahibləri yerli şöbədən hansısa yardımı almaqdan məhrum edilib. Dəfələrlə şikayət etməsinə baxmayaraq sakinin narazılığına əhəmiyyət verilməyib. Bu gün baş verən qəza isə əhəmiyyət verilməyən şikayətlərin nəticəsi olduğun bildirən Masallı sakini nəticənin azyaşlı körpələrin xəsarəti ilə yekunlaşdığınıda vurğulayıb.

Baş vermiş qəza ilə bağlı ala bildiyimiz bütün məlumatları sizlərə çatıracağıq.

Yazıda adı keçən şəxslərin mövqeyini dinləməyə hazırıq.