Moskvanın cənubundakı Bloxuna adına onkoloji mərkəzdə bir neçə naməlum şəxsin cəsədi aşkarlanıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı “Mash” Telegram kanalı məlumat yayıb.
Mənbənin verdiyi məlumata görə, həmin xəstələr 10 il əvvəl ölüblər.
Cəsədlər mərkəzin əməkdaşları tərəfindən patologiya bölməsində aparılan təmizlik işləri zamanı aşkarlanıb. Bildirilib ki, tibb işçiləri dörd nəfərin cəsədini tapıblar. Həmin şəxslərin cinsini və yaşını müəyyən etmək mümkün olmayıb.
Məlumatı hüquq-mühafizə orqanlarındakı mənbə də təsdiqləyib.
“Xəstəxana daxilində yoxlama işləri aparılırmış. Bir neçə insanın cəsədi aşkarlanıb. Onlar mərkəzin morqunda tapılıb. Ölənlərin şəxsiyyətləri müəyyənləşdirilir”, - müsahib bildirib.
Bloxina adına onkoloji mərkəz Rusiyanın nəhəng onkoloji xəstəxanalarından biridir.