İlham Əliyev Bakıda açılışda - YENİLƏNİB

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev dekabrın 21-də Binəqədi Rayon Məhkəməsinin yeni inzibati binasının açılışında iştirak edib.

Oxu.Az xəbər verir ki, dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.

Ədliyyə naziri Fikrət Məmmədov görülən işlər barədə prezident İlham Əliyevə məlumat verib.

10:54

Heydər Əliyev adına Bakı neft emalı zavodunda aparılan yenidənqurma və modernləşdirmə layihəsinin birinci mərhələsi çərçivəsində inşa edilən yeni bitum qurğusunun və maye qazdoldurma məntəqəsinin dekabrın 21-də açılış mərasimi olub.

Oxu.Az xəbər verir ki, prezident İlham Əliyev mərasimdə iştirak edib