Moskvada körpü uçdu, xəsarət alanlar var - VİDEO

Moskvada körpü uçub.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, hadisə Qorki Parkında baş verib.

Bildirilir ki, buz meydançasının üzərində olan taxta körpünün uçması nəticəsində körpüdə olan insanlar meydançada olanların üstünə düşüblər.

Nəticədə 13 nəfər xəsarət alıb.