Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecdə İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, qeyri-hökumət təşkilatları və KİV nümayəndələrinin iştirakı ilə 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasına dair ənənəvi “Açıq qapı” günü keçirildi.
Əvvəlcə Sumqayıt Dövlət Texniki Kollecinin direktoru dosent Mətanət Pirquliyeva qonaqları qəbul etdi, rəhbərlik etdiyi kollec haqqında ətraflı məlumat verdi. Bildirdi ki, kollecdə payız semestirinin imtahanları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 2013-cü il 354 nomrəli “Orta ixtisas təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nda dəyişikliklər edilməsi barədə 11 yanvar 2018-ci il 9 nömrəli Qərarına uyğun həyata keçirilir.
2018-2019 –cu tədris ilinin payız semestirinin imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək , tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək üçün Azərbaycan Respublikası Təhsil Nazirinin F-792 nömrəli 11.12.2018-ci il tarixli əmrini rəhbər tutaraq kollecdə 11-k nömrəli 28.12.2018-ci il tarixli əmrlə “İmtahan qərargahı” yaradılmışdır. Dosent Mətanət Pirquliyeva onu da qeyd etdi ki, imtahanlarda şəffaflığın təmin olunmasını həyata keçirmək məqsədilə hazırlıq işləri vaxtında həyata keçirilib. Tələbələrin imtahan sessiyasının gedişi ilə bağlı baş verə biləcək neqativ halların qarşısını almaq məqsədilə kollecdə “Təklif və iradlar qutusu” asılıb. Əməkdaşlardan ibarət rəsmi qaydada təyin olunmuş qeyri-ixtisasdan olan nəzarətçilər və imtahan rəhbərləri tərəfindən imtahanların gedişinə ciddi nəzarət edilir. İmtahanlar bir qayda olaraq yazılı formada aparılır, zərurət yarandığı hallarda bəzi fənlər üzrə şifahi dialoq və ya test formasında keçirilir.
Sonra kollecin tədris işləri üzrə direktor müavini Əsəd Qurbanov, valideynlər, qeyri-hökumət təşkilatları və KİV nümayəndələri imtahan prosesini izlədilər, tələbələrin imtahanların gedişinə münasibəti ilə maraqlandılar.
KİV nümayəndələri imtahanların vəziyyətini öyrənmək üçün tələbələrə suallar ünvanladılar. Tələbələr imtahan prosesinin onları qane etdiyini bildirdilər, qeyd etdilər ki, sualların hamısı semestr boyu keçdikləri mövzuları əhatə edir.Tələbələr də öz növbələrində yaradılan obyektiv şəraitə görə kollecin rəhbərliyinə təşəkkürlərini bildirdilər.
Əsəd Qurbanov onu da qeyd edək ki, Sumqayıt Dövlət Texniki Kollecin direktoru dosent Mətanət Pirquliyeva keçirilən imtahanları nəzarətdə saxlayır, mütəmadi imtahan zallarına baxış keçirir, imtahanın gedişini izləyir. O, imtahanlara nəzarət edən İşçi qrupu və operativ qərargahın üzvləri ilə görüşür, nəzarətçilərlə söhbətlər aparır, onların imtahanların gedişi ilə əlaqədar fikirlərini, təklif və iradlarını dinləyir.