Hacı Əliyev rəqibini döşəyə çıxmağa peşman etdi - VİDEO

Sərbəst güləş üzrə Hindistan Pro Liqasında üçqat dünya çempionumuz Hacı Əliyev ikinci qələbəsini qazanıb.

Oxu.Az xəbər verir ki, onun kapitanı olduğu “Yodha” komandası II turda bu dəfə “Mumbay Maharathi”ni 4:3 hesabı ilə məğlub edib.

Hacı Əliyev (-65 kq) yerli idmançı Harful Culianı asanlıqla yenib – 7:0. Xatırladaq ki, o, ilk görüşündə də rəqibinə yeddi xallıq fərqlə qalib gəlmişdi.

Qadın millimizin bolqarıstanlı üzvü Elise Manolova isə turnirdə ilk görüşünü keçirib. O, ilk görüşündə hindistanlı Şilpi Yadavdan üstün olub – 4:0.
Qeyd edək ki, “Yodha” bununla da xalını dördə çatdıraraq vahid liderə çevrilib.