Şimal-qərb bölgəsinə səfər edən əməkdaşlarımız Zaqatala rayonu ərazisində araşdırmalar apararkən maraqlı faktlar əldə edə biliblər. Füsünkar təbiəti ilə ad çıxaran şimal-qərb bölgəmiz bir neçə harınlamış məmurun təcavüzünə məruz qalıb. Zaqatala rayon 17 saylı Yol İstismar İdarəsinin rəisi Mövlud Qəhrəmanov sözün həqiqi mənasında ekologiyamızın qəniminə çevrilib. Fotoşəkllərdən və video çəkilişlərdən də göründüyü kimi Mövlud Qəhrəmanova məsus asfalt zavodu gün ərzində şimal-qərb bölgəsinin ekologiyasını təhlükəli qara tüstü ilə zəhərləməkdə davam edir. Maraqlıdır ki, Zaqatala-Balakən magistral yolunun kənarında yerləşən asfalt zavodundan havaya buraxılan qara tüstünü aidiyyatı üzrə bütün rayon rəhbərləri görürlər, amma nədənsə hamı özünü görməməzliyə vuraraq Mövlud Qəhrəmanova irad bildirmirlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin adıçəkilən region üzrə nümayəndələri isə Mövlud Qəhrəmanovun pulları hesabına qara tüstünü ağ fonda təqdim etməyi bacarıblar və bu proseslər uzun illərdir ki, davam edir. Rayondakı mənbələrimizin verdiyi məlumatlara görə Mövlud Qəhrəmanov regionda məmur kimi deyil, oliqarx kimi ad çıxarıb. Böyük pul vəsaitlərinə və biznes obyektlərinə yiyələnən yol idarəsinin müdiri pul qazanmaq üçün hər şeyi, o cümlədən ekologiyamızı ayaqlar altına atmaqdan çəkinmir. Görəsən Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin yerlərdəki kadrları gözlə görünən özbaşınalığı necə ört-basdır edirlər? Zaqatalanın icra başçısından tutmuş hüquq-mühafizə orqanlarına qədər “isti münasibətlər” qurmağı bacaran Mövlud Qəhrəmanov Ekologiya Və Təbii Sərvətlər Nazirliyini də “susdurmağı” bacarıb. Əgər belə olmasaydı baş verən qanunsuzluqların qarşısı çoxdan alınardı.
Mövzu ilə bağlı araşdırmalarıızı davam etdiririk. Gələn yazılarımızda şimal-qərb bölgəmizi ekoloji fəlakətlə üz-üzə qoyan digər faktları oxucularımızın və aidiyyatı qurumların diqqətinə çatdıracağıq.
Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
Ardı var…
Mövzu ilə bağlı bir neçə gündür ki, Mövlud Qəhrəmanovla əlaqə qurmaq cəhdlərimiz nəhayət ki, məqalənin dərc edilməsindən sonra baş tutdu. Suallarımızı cavablandıran idarə rəisi israrla bizə sübut etməyə çalışdı ki, adıçəkilən asfalt zavodu fəaliyyətini dayandırıb. Lakin, həmin zavodun fəaliyyətdə olması ilə bağlı bu günlərdə əldə olunmuş videogörüntünü Mövlud Qəhrəmanovun diqqətinə çatdırandan sonra söhbətimizin mövzusu başqa istiqamətə yönəldi. “Gündə 20-30 nəfəri yola salıram” – deyən Mövlud Qəhrəmanovun bununla nəyi nəzərdə tutduğunu anlaya bilmədik. Başa düşdüyümüz ancaq o oldu ki, ETSN-nin, AAYDA-nın və Zaqatala rayon İcra Hakimiyyətinin baş verənlərdən xəbəri var. Əgər xəbərləri varsa, amma tədbir görmürlərsə, deməli…
Bu istiqamətdə araşdırmalarımız davam edir.