Azərbaycanda yüksək vəzifədə olan məmurların xarici ölkələrdə biznes qurması ilə bağlı mətbuatda mütəmadi olaraq məlumatlar dərc edilməkdədir. Son zamanlar isə bu prosses daha da böyüyüb. Bəzi ekspertlərin fikrincə hazırda yüksək çinli məmurların öz varidatlarını xaricə çıxarmalarının əsas səsblərindən biri də dövlət başçısı İlham Əliyevin son zamanlar həyata keçirdiyi kadr dəyişiklikləri ilə bağlıdır.
AzBaku.orq bildirir ki, AzToday.az-a daxil olan məlumata görə, öz sərvətini Azərbaycandan xaricə transfer edən məmurlardan biri də Dövlət Dəniz Agentliyinin direktoru vəzifəsinə Qüdrət Qurbanovdur. Qeyd edək ki, Qüdrət Qurbanov Azərbaycanın varlı məmurlarından biri olaraq tanınır və onun haqqında zaman-zaman Azərbaycan mətbuatında müxtəlif iddialar səsləndirilib.
Məlumata görə, Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanov Türkiyədə biznes şəbəkəsi qurub və bu şəbəkəni genişləndirir. Agentlik rəisinin qardaş ölkədə yaratdığı biznesi oğlu Orxan Qurbanovun nəzarət etdiyi bildirilir. Biznesi inkşaf etdirmək üçün Orxan Qubanovun İstanbul şəhərində dəbdəbəli ofis-mərkəz aldığı deyilir. Məlumatda vuğulanır ki, yaxın aylarda Orxan Qurbanov bir dəfəlik Azərbaycanı tərk edərək Türkiyədə məskunlaşacaq. Həmçinin Qurbanovların öz bizneslərini Türkiyədən Şərqi Avropaya köçürmək üçün müxtəlif layihələrə başladıqları da qeyd olunur.
Xatırladaq ki, bir il öncə Qüdrət Qurbanovun qızıl biznesinə girişməsi ilə bağlı mətbuatda ölkə mətbuatında məlumatlar yayılmışıd. Həmin məlumatda vurğulanırdı ki, Dəniz Agentliyi rəisi qızıl binzesinə girişib və bu işdə əsas şəxslər onun qardaşı, oğlu və köməkçisidir. Hətta məlumatlarda Qüdrət Qubanovun qızıl biznesini Türkiyəyə köçürtməsi və orda bu işlərə qardaşının nəzarət etməsi qeyd edilirdi.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.