Bakıda ağır yol qəzası baş verib.
Hadizə Suraxanı rayonu ərazisində, Hava limanına gedən beton yolun 7-ci kilometrliyində qeydə alınıb.
Saatda 200 km sürətlə hərəkət edən “Daevoo” markalı 10 PU 395 dövlət qeydiyyat nişanlı avtomobil iki yolu ayıran dəmir arakəsməyə çırpılıb və maşın iki hissəyə ayrılıb.
Qəza nəticəsində avtomobildə olan sərnişin hadisə yerində keçinib. Sürücü 1994-cü il təvəllüdlü Babayev Əhməd Gülməmməd oğlu ağır xəsarət alıb. 3 saylı şəhər xəstəxanasına yerləşdirilən 25 yaşlı Əhmədin həyatını xilas etmək mümkün olmayıb.
Qəzaya uğrayan avtomobildə olanların toydan qayıtdığı bildirilir.
Faktla bağlı Suraxanı rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.MediaZona.Az