Ceyhun Bayramov 9 saylı Sumqayıt məktəbi ilə bağlı nə vaxt qərar verəcək..?

Sumqayıt şəhər 9 saylı tam orta məktəbin direktor əvəzi Həqiqət Abdullayeva ilə bağlı qalmaqal səngimək bilmir. Xatırladaq ki, Həqiqət Abdullayevanın qanuna zidd hərəkət və istəklərinə etiraz edən müavini Təranə Nəsirova, müəllimələr Yeganə Hüseynova və Aytəkin Paşayeva arasında baş verən qarşıdurma bir müddət öncəyə qədər şəhər prokurorluğunda belə araşdırıldı. Direktor əvəzinin himayədarlarının xüsusi canfəşanlığı ilə şikayətlər geri götürülsə də, lakin münaqişə hələ də, səngimək bilmir. Onu da oxucuların diqqətinə çatdıraq ki, Təhsil nazirliyi də hadisələrə seyriçi mövqeydədir.

Ötən gün məktəbdəki mənbədən BakuNews.az-a daxil olan məlumatda qeyd edilir ki, 1 saylı Maliyyə Hesablama Mərkəzinin rəhbəri Elxan Süleymanov məktəbdə aparılmış maliyyə yoxlamaları ilə bağlı aşkarlanan faktları təsdiqləyib. Mənbə əlavə olaraq onu da qeyd etdi ki, Elxan Süleymanov mətbuata yoxlamaların nəticəsi ilə bağlı məlumat verəcəyini bəyan etsə də, sonradan naməlum səbəblərdən nəzirlikdə qərarın cavabının yubandığın deyərək açıqlama verməyir.

Əslində H.Abdullayevanın gizli mətləblərindən xəbər var. Məlumatda o da qeyd edilir ki, Həqiqət Abdullayeva bir başa özü və himayədarları vasitəsilə demək olar ki, hər gün Elxan Süleymanova araşdırmada aşkarlanmış faktların üzərindən keçməyi məsləhət görür.
Göründüyü kimi hələ də direktor əvəzi kimi fəaliyyət göstərən bir xanım özündən yuxarı instansiyalara hökm etməkdədir. Sual olunur bəs Sumqayıt şəhər Təhsil şöbəsi hara baxır? Onu da xatırladaq ki, Sumqayıt şəhər Təhsil şöbəsinin müdir əvəzi Ramin Abbasov nəinki münaqişədə hakim obrazında deyil, əksinə münaqişə tərəfləri olan müəllimələri xidməti otağına dəvət edərək, onlara Həqiqət Abdullayevanın gələcək prespektivlərindən danışır. Mənbə iddia edir ki, Ramin Abbasov şikayətçi müəllimələrə “Həqiqət Abdullayeva direktor təyin ediləcəyi təqdirdə ona mənim belə gücüm çatmayacaq. O cümlədən sizin də vəziyyətiniz yaxşı olmayacaq” - deyə xəbərdarlıq edib. Həmçinin Təranə Nəzirovanın hal hazırda məktəbdən transfer edilməsi ilə bağlı RTŞ müdir əvəzi xeyli iş görməyə cəhd etdiyidə qeyd edilməkdədir. Oxucuların diqqətinə onu da çatdıraq ki, 9 saylı məktəbdə baş verən münaqişə fonunda bir neçə gün əvvəl şagirdlərdən 5 manat məbləğində pul yığılıb. Mənbənin bildiridiyinə görə Həqiqət Abdullayeva toplanan vəsaitlərin yuxarılar üçün nəzərdə tutlduğunu iddia edib. Və məlumatda o da öz əksini tapır ki, Həqiqət Abdullayevanın “yuxarıların” adından istifadə cəhdi ilk belə hal deyil. Fərdi təhsillə bağlı da məktəbdə ciddi maliyyə pozuntuları və mənimsəmələr var. Belə ki, zəif şagirdlər üçün nəzərdə tutulan fərdi təhsillə bağlı proqrama uyğun olaraq müəllimənin əlavə dərs dediyi saatlar onun əmək haqqı kartına yatırılır. Yoxlama sırasında aşkar edilmiş bu faktın dəymiş ziyanı mütləq şəkildə dövlətə geri qaytarılmalıdır ki, qeyd etdiyimiz pul yığımı isə məhz elə bu ziyanın dövlətə qaytarılmasına sərf edilib. Burdanda belə çıxır ki, H.Abdullayeva törətdiyi əməlləri məhz valideynlər cəzasını çəkməkdədir. Mənbənin məlumatında o da yer alır ki, hal-hazırda məktəbdə bu cür dərslər keçirilməsə də, lakin ayrı-ayrı müəllimələrin əmək haqlarına müxtəlif məbləğlər əlavə edilir. Direktor əvəzinin tapşırığı ilə həmin məbləğ nəğdləşdirilərək ona təqdim olunur. Və yenə də, istinad eynidir – YUXARILARA GÖNDƏRİLİR. Göründüyü kimi məktəbdə mənimsəmə faktları o qədər çeşidli formada həyata keçirilir ki...

P.S. Nazirlik onun nüfuzuna xələl gətirən əslində isə direktor olmayan şəxslə bağlı niyə tədbir görmədiyinə isə bu cavab verildi. Nazirlikdə ki mənbədən əldə etdiyimiz məlumatda bildirilir ki, H.Abdullayeva ilə bağlı əldə edilən materyallar bütövlüklə nazir Ceyhun Bayramovun stolundadır. Sonda onun qərarı gözlənilməkdədir. Bizdə öz növbəmizdə dövlət büdcəsini şəxsi büdcəsi kimi tar-mar edənlərin cəzalandırılacağı günü gözləməkdəyik.
mənbə .bakunews.az
Mövzuya qayıdacağıq.
Yazıda adı çəkilən müəssisə və şəxslərində mövqelərini dərc edə bilərik.