Keçmiş qəssab Heydər Əliyev parkın tikə-tikə satır - Beyləqanda

Yeni ilin əvvəlindən Beyləqanda Heydər Əliyev adına olan parkın hissə -hissə hansısa sahibkarlara satılması haqda məlumatlar gedib.

Bakunews.az olaraq bildirək ki, Heydər Əliyevin adı verilmiş "Mədəniyyət və istirahət parkı”nın ərazisi nin əvvələr əhatə etdiyi sahə 4,21 kv.metr idi.
Lakin sabiq başçı, adı çoxmilyonluq maxinasiyalarda hallanan Vaqif Abdullayevin başçılıq dönəmində parkın sahəsi əhəmiyyətli dərəcədə azalıb. Düzdür, parkın ərazisindən 26 aprel 2012-ci il tarixli, 53 nömrəli Sərəncamına uyğun olaraq Heydər Əliyev Mərkəzinini tikintisi altına 800 kv.m, rayon İcra hakimiyyəti başçısının (Vaqif Abdullayev) 12 fevral 2013-cü il tarixli, 42 nömrəli Sərəncamına uyğun olaraq Gənclər Mərkəzinin tikintisi altına 810 kv.m, rayon İcra hakimiyyəti başçısının (Vaqif Abdullayev) 29 dekabr 2013-cü il tarixli, 245 nömrəli Sərəncamına uyğun olaraq Uşaq bağçasının tikintisi altına 1200 kv.m, rayon İcra hakimiyyəti başçısının (Vaqif Abdullayev ) 29 dekabr 2013-cü il tarixli, 245a nömrəli Sərəncamına uyğun olaraq Şahmat məktəbinin tikinti altına 286,82 kv.m, rayon İcra hakimiyyəti başçısının (Vaqif Abdullayev) 14 oktyabr 2015-ci il tarixli, 111 nömrəli Sərəncamına uyğun olaraq Bayraq Muzeyinin tikintisi altına 800 kv.m torpaq sahəsi ayrılaraq tikinti işləri aparılmış. Bunlar lazımlı və vacib işlərdir.

Lakin 27 dekabr, 2013 tarixli, A-891 saylı ərizə ilə sabiq başçı V. Abdullayevə müraciət edən Abdullayev Vahid Cəmil oğluna parkın ərazisindən 3440,0 kv.metr torpaq sahasi ayrılması hansı məntiqə sığır?

Bununla paralel olaraq İcra hakimiyyətinin baş memarı Ə.X.Vəliyev tərəfindən Abdullayev Vahid Cəmil oğluna məxsus qeyri yaşayış obyektinin yerləşdiyi ərazinin situasiya planı təsdiqlənərək layihələndirilmişdir.

Adi vizual baxdıqda belə həmin koordinatlarda nəzərdə tutulan ərazinin açıq-aydın Heydər Əliyev adına parkın hüdudları daxilində olduğu görünür.
Bunu həm də təqdim etdiyimiz videosüjetdsən görmək olur.

Rayon sakini Zalov Lətif Məhəmməd oğlu və bir qrup rayon sakini tərəfindən rayon mərkəzində yerləşən Ulu Öndər Heydər Əliyev adına parkın bir hissəsinin Beyləqan rayon İcra hakimiyyətinin sabiq başçısı Vaqif Abdullayev və Əmlak Məsələləri Dövlət Komitəsinin 6 saylı Ərazi İdarəsinin sabiq rəisi Aydın Ramazanov tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan Vahid və Asəf Abdullayevlərə satılması barədə Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış kollektiv müraciətdən sonra araşdırmalar başlanıb.

Üstəlik yaxınlıqda olan yaşayış binasının sakinləri Vahid Abdullayevin bazarı tikiləndən sonra burada normal yaşamanın mümkün olmadığını qeyd edərək şikayətlənirlər.

Vahid Abdullayevə gəlincə onun əslən İmişlidən olduğu , əvvəllər qəssab işlədiyi, daha sonra Azəırsun holding şirkətinin işçisi olduğu deyilir.
Keçmiş qəssabın Azərbaycanın Ümummilli liderinin adına olan parkı doğraması is heç bir çərçivəyə sığımır.

Bakunews.az