20 minə satılan nömrə mövcud deyil? - DYP xəbərsizdir..
Son dövrlərdə Dövlət Yol Polisinin qeydiyyat şöbələrində bəzi nömrələri almaq müşkülə çevrilib.
Belə ki, həmin nömrələr dövlətin təyin etdiyi qiymətlərdən qat-qat artığına satılır.
Bu isə vətəndaşlar arasında haqlı narazılığa səbəb olur.
Bakunews.az-a bu haqda məlumat verən vətəndaş deyir ki, 1500 manat rüsumu olan nömrə 20 min manatadək qalxa bilir. Sanki auksiondur.
Bununla bağlı həmin vətəndaş general-polkovnik Ramil Usubova şikayət yazıb. Və həmin nömrələrdən bəzilərini göstərib.
Şikayətdə 44 -TT-111, 44-TT-222, 44-TT-333, 44-TT-444, 44-TT-555, 44-TT-666, 44-TT-777,
44 -ZZ-111, 44-ZZ-222, 44-ZZ-333, 44-ZZ-444, 44-ZZ-555, 44-ZZ-666, 44-ZZ-777 və sair nömrələrdən birinin alınması üçün nazirdən kömək istənilib.
Şikayətlə bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən şikayətçiyə məktub yollanıb. Rövşən Məmmədov iç icraçısı cavabda yazıb ki, elə nömrələr mövcud deyil.
Ancaq redaksiya olaraq bildirək ki, bu mövzuda araşdırma aparmışıq. Və tipli nömrələrdən bir neçəsini avtomobillərin üzərində görmüşük. Həmin fotolar sosial şəbəkələrdə yayılıb. Bu fotoları DYP-yə təqdim edəcəyik və bundan sonra rəsmi cavabı dərc edəcəyik.