Ali Məhkəmənin hakimi Qarabağ qazisinə 32 gündür qərarı təqdim etmir...

Bakunews.az xəbər verir ki, Azərbaycan Pedeqoji Universitetin əməkdaşı olan Məlikməmməd Cəbrayılovun həyat yoldaşı Rəna Cəbrayılova əsasız bələdiyə sənədlər əsasında hansısa yuxarı orqanlara arxalanaraq Qarabağ qazisi Qərib Əliquliyevin torpağını ələ keçirməyə çalıb. Hüquq mühafizə orqanlarına müraciət olunub və iş məhkəmədə həl edilməsi gözlənilirdi. Apellyasiya məhkəməsi məsələni obyektiv araşdıraraq Qarabağ qazisinin xeyrinə qətnamə çıxarıb. Lakin bununla razılaşmayan Rəna Cəbrayılova Ali Məhkəməyə müraciət edib.

Bakunews.az xəbər verir ki, 26.12.2018-ci il tarixində keçirilən Ali Məhkəmədə hakim Zakir Quliyev Apellyasiya məhkəməsinin qərarını ləğv etməsi barədə höküm oxuyub. Prosesdə şok detallar açıqlanıb, qanuni sənədlərdən xəbərsiz olan Ədliyyə orqanları da çarpaz məngənəyə salınıb.

Qeyd edək ki, əvvəlcə Ali Məhkəmə qarşısında çıxış edən Qərib Əliquliyev hüquqlarının kobud şəkildə pozulmasına cəhd edildiyini bildirdi. Qeyd etdi ki, əgər, qərar ləğv edilərsə qanunsuz əməl sahiblərinin arxasındakı adları açıqlayacaq.

Bu gün maraqlı məqam ortaya çıxıb. Beləki, Ali Məhkəmənin hakimi Zakir Quliyev verdiyi hökmün sürətini bir aydır vətəndaş Qərib Əliquliyevə verə bilmir. Bundan isə məlum olur ki qanunsuz qəbul edilən qərarı heç kim əsaslandırmağa cürət etmir. Qanunun aliliyini nəzərə alsaq mütləq şəkildə verilmiş qərarın vəya hökmün surəti yazılı formada mütləq olaraq vətəndaşa təqdim edilməlidir. Amma nə çarəki Q.Əliquliyev məhkəmə qərarından 32 keçməsinə baxmayaraq qərarı ala bilmir.