Azərbaycan Premyer Liqasının XV turunun “Qarabağ” – “Neftçi” matçı (1:1) cari mövsüm tamaşaçı rekordu vurub.
Oxu.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionundakı qarşılaşmanı altı min azarkeş izləyib.
“Qəbələ” – “Sumqayıt” matçına 530, “Keşlə” – “Səbail” görüşünə 450 və “Zirə” – “Sabah” qarşılaşmasına 200 tamaşaçı stadiondan baxıb.
Qeyd edək ki, əvvəlki rekord VI turun sentyabrın 29-da keçirilmiş “Sabah” – “Qarabağ” matçında idi. Masazırdakı “Əlincə Arena”da baş tutmuş görüşü 4500 azarkeş izləmişdi.