Bakıda qeyri-adi fırıldaq - VİDEO

Paytaxtın Xətai rayonunda hovuz aksesuarları mağazasında işləyən Bayram Əsədliyə fırıldaq gələrək xeyli malını ələ keçiriblər.

Bir nəfər hovuz aksesuarları mağazasına zəng edərək məhsul sifariş verib. Mağaza sahibinə deyib ki, məhsulları tanış sürücü ilə yola sal, pulunu ödəyəcəm. Dükan sahibi dırnaqarası müştərinin dediyi kimi edib, amma nəticə tamam fərqli olub. Sifrişçi malı qəbul edərək aradan çıxıb.

Mağaza sahibi onun su almaq adı ilə girdiyi dükanda kameraya düşmüş görüntülərini əldə etdiyini iddia edir. O bu görüntülər vasitəsilə fırıldaqçının tezliklə tapılacağına ümid edir.

Mağaza sahibi hadisə ilə bağlı artıq hüquq mühafizə orqanlarına da müraciət edib./

Publika.az