Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var

Tovuzda yol qəzası olub.

AzBaku.info-nun apa-ya istinadən verdiyi məlumata görə, Tovuz-Əlibəyli yolunda “VAZ-2106” markalı avtomobil digər minik maşını ilə toqquşub.

Qəza nəticəsində “VAZ-2106”-da olan üç nəfər - 1992-ci il təvəllüdü Orxan Qasımov, 1985-ci il təvəllüdlü Malik Süleymanov və 1994-cü il təvəllüdlü Məhəmməd Allahverdiyev xəsarət alıblar.


Xəsarət alanlar Toviz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.


Faktla bağlı araşdırma aparılır.