Ona irad bildirən digər sürücünü borclu çıxardır
Oxuculardan biri Bakıda çəkilmiş qayda pozuntusunun görüntülərini təqdim edib. Belə ki, 90 PD 176 dövlət nömrə nişanlı avtomobilin xanım sürücüsü tıxac olduğu üçün əks yola çıxır, daha sonra zolağa qayıtmaq istəyərkən digər sürücünü sıxır. Sürücü isə haqlı olaraq ona iradını bildirir. Amma aldığı cavab sürücünü də şoka salır. Səhv etdiyini bilə-bilə “sənə nə var, özüm bilərəm” deyən xanım sürücüyə digərinin cavabı da gecikmir. “100 manat cərimə ödəyərsən, onda bilərsən.” Amma xanım bu dəfə də sözündən qalmır. “Ödəyərəm, sənə dəxli yoxdur” deyir.
Qeyd edək ki, bu zaman daha bir sürücü qarşı zolağa çıxaraq şütüyür. 90 NF 006 dğvlət nömrə nişanlı avtomobilin sürücüsü digərlərinə təhlükə yaradır.