Abşeron rayonunda nələr baş verir Dövlət yoxsa Biznes?

Abşeron “imperatriça”sı özünü dövlətin banisi sayır: Başçıdan analoqsuz özünəvurğunluq


Abşeronun icra başçısı İradə Gülməmmədova özünü dövlətin banisi, müstəqilliyin lideri, siyasi xadim kimi aparır. Belə düşünməsəydi, özünün şəkli olan məktəbli kitabçalarını təhsil ocaqlarına paylamazdı.

İ.Gülməmmədovanın bu hərəkəti yuxarıların nəzərinə çatıb. Sadəcə, gizlətməyə çalışıblar. Çünki vəzifəsi ilə vidalaşa bilərdi. Məktəb dərsliklərində, jurnallarda Ümummilli lider Heydər Əliyevin və prezident İlham Əliyevin şəkilləri olur. İ.Gülməmmədova özünü onlarla eyni ranqda görür. Doğurdan bu əda, bu özünəvurğunluq nədir belə? İ.Gülməmmədova bəlkə Azərbaycanın görkəmli alimidir, yaxud akademikdir, bilmirik…

Abşeronun Xırdalan şəhəri Əfqanıstana oxşayır: hər yer tör-töküntü, çirkab, palçıq, yağış suları dizə qədər…

Sakinlər deyirlər ki, onun istəyi ilə ev tikmək istəyən vətəndaş bir mərtəbə üçün 5000- 10000 manat rüşvət verməlidir.

Bu istəyə tabe olmayan vətəndaşın evinin daşı-daş üstə qalmır. Xanım icra başçısının qanunsuz əmri ilə evinin damını vurmaqda olan vətəndaşın evi bir saata sökülür.

Abşeron rayonunun Qobu, Masazır, Hökməli, Saray, Mehdiabad, Digah, Aşağı Düzdək qəsəbələrində ev tikmək istəyən şəxslər yalnız lazım olan pulu ödədikdən sonra tikintiyə başlaya bilərlər.

Məbləğ isə tikilinini mərtəbələrinin sayından asılı olaraq 3-10 min manat arasında dəyişir. Başçının Elmir, Fuad və digər bu kimi şəxslərdən ibarət evyıxan dəstəsinə “dur” deyən yoxdur.

Rayon ərazisində yerləşən pay torpaqlarda icra başçısının təyin etdiyi qiymətlərlə satışa çıxarılıb satılmaqdadır. Abşeron rayonu ərazisində İ.Gülməmmədovanın biznesin müxtəlif sahələrinə aid çoxlu obyektləri var.

Bunlardan ən məşhurları isə Xırdalan şəhərindəki “Titanik” adlı böyük obyekt, Mehdiabad-Fatmayi yolunun üstündəki “Palma” supermarketi, eyni adlı restoran və digərləridir. Abşeron sakinlərinin bildirdiyinə görə, bu obyektlərdə qiymətlər daha yüksək olması ilə diqqəti çəkir.

Müştərilər nəyəsə etiraz edən də isə işçilər “Bura İradə xanımın obyektidir, heç kim bizə gözün üstə qaşın var deyə biməz” deyərək onlarla kobud davranırlar.

Qeyd olunur ki, İ.Gülməmmədova “Titanik”in “sükanı”nı isə İlham adlı qardaşına tapşırıb. Bu şəxsin adı isə bir sıra qalmaqallada çəkilir. Bu mövzuya bir başqa yazıda toxunacağıq.

Bildirilir ki, Abşeron rayonundakı bütün təndirxanaların demək olar ki, İ.Gülməmmədovaya məxsusdur. Böyük qazanc gətirən bu təndirxanalar xüsusən də yay aylarında İ.Gülməmmədovaya yüz minlərlə manat qazandırır.

Mediada yer alan məlumatlarda digər biznes obyektlərinin də adı çəkilir: “Bunlardan ən məşhurları Xırdalan şəhərindəki “Titanik” adlı restoranın alt hissəsindəki şərab evi, Mehdiabad-Fatmayi yolunun üstündəki “Palma” supermarketi, eyni adlı restoran və digərləridir.

Həmçinin Novxanı kəndində yerləşən “ABU Petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı şərab evi, həmçinin “Vorovski” adı ilə tanınan ərazidə yerləşən “Zümrüd” klinikasnın yaxınlığındakı şərab evinin də İ. Gülməmmədovaya məxsus olduğu bildirilir.

İcra başçısını Abşeronda ən böyük torpaq mülkiyyətçisi də hesab etmək olar. Rayonda müxtəlif ərazilərdə böyük ölçülərdə torpaq sahələri başçının qohumlarının adına özəlləşdirilib. cahan.info

Xırdalanda, Fatmayıda, Novxanıda, Masazırda və rayonun digər yaşayış massivlərində belə torpaq sahələri daha çoxdur. Goradildə dəniz sahili ərazilər ələ keçirilərək özününküləşdirilib”.

Araşdırmamız davam edir..Bütün faktları ilə birlikdə yayımlanacaq. //Reytinq:1)