AzBaku.orq xəbər verir ki, 12.02.2019-cu il tarixində Sumqayıt şəhər 9 saylı məktəbin direktor əvəzi Həqiqət Abdullayeva işindən azad edilməsi barədə bir neçə müəllim məlumat verilmişdi. Məlumatda H.Abdullayevanın vəzifəsini müvəqqəti icrası Oktay Nuriyevə verildiyini məhz Ulduz və Pərvanə xanımın iştirak etdiyi məktəb daxilində bildirilib. Amma nədənsə yenicə işindən azad edilən H.Abdullayeva bu məsələyə səssizliyini qorumaqdan imtina edərək günorta saatlarında Sumqayıt şəhər İcra Hakimiyyətinə gedərək Zakir Fərəcovla görüşmək istədiyini bildirib.
Hər zaman Sumqayıt İcra Hakimiyyətinin başçısı ilə görüşün mümkün olmadığını deyən şəhər sakinlərinin alışdığımız ifadələrinə də H.Abdulayevanın sayəsində öz əksin tapmayıb.
H.Abdullayevanın tələbi heç 5 dəqiqə belə çəkməyib desək yəqin yanılmarıq. (Buda bizim deyil görənlərin ifadəsidir) Şəhər İcra Başçısı Zakir Fərəcovla görüşməyə müvvəfəq olmuş Həqiqət Abdullayeva görüşün sonunda məktəbə gələrək müvvəqəti vəsifə icraçısı Oktay Nuriyevdən məktəbin möhürünü geri almışdı. 8 saatdan artıq çəkməyən əmrin geri çevrilməsinə səbəb nə idi. Doğurdanmı H.Abdullayevanın fəaliyyəti bu qədər önəm kəsb edirdi. Yoxsa titrəyən əllər teoriyası ifadəsinin həqiqət olması subutamı yetirildi...? Bəs necə olur ki, Nazirliyin göstərişi ilə RTŞ müdir tərəfindən göndərildiklərini iddia edən şəxslər Arzu Alızadənin məlumatı olmadan bu addımı ata bilirlər. Burdan belə nəticəyə gəlmək olar ki, artıq yeni təyin edilmiş RTŞ müdiri vəzifə səlahiyyətini tam şəkildə icra edə bilmir və ya icra etməsinə maniəllər yaradılır. İdarənin məsləhətiçiləri məktəbdə istədikləri vəzifəli şəxsləri, istədikləri zaman vəzifələrindən rəhbərin xəbəri olmadan azad etmə səlahiyyətinə malikdir...?
Məsələ ilə bağlı RTŞ yeni müdiri ARZU ALIZADƏ ilə əlaqə saxladıq. İlk əlaqə zamanı 9 saylı məktəbin direktor əvəzinin işdən azad edilmədiyini və bunun yalan olduğunu qeyd etdi. Oktay Nuriyevin məhz Bakunews.az saytına açıqlamasını ona ikinci dəfə zəng edərək bildirdikdə isə cavab belə oldu Oktay müəllim cəzasını alacaq. Açıqlamanı Oktay Nuriyev verib mən ki verməmişəm - deyərək özünə haqq qazandırmağa çalışdı. Burdan bir məqama toxunmasaq olmur... necə olur idarə rəhbərindən xəbərsiz məsləhətçi açıqlama edir və sonda bundan müdir mənim xəbərim yoxdur deyə münasibət bildirə bilir. Sizcədə bu vəzifə səlahiyyətini icra edə bilməmək demək deyilmi? Arzu xanım nazirlikdən məktəblə bağlı heç bir tapşırıq və əmr gəlmədiyini iddia edərək işinin çox olmasını bildirdikdən sonra telefon dəstəyin asdı. Amma görünür dəstəyi asarkən onu yerinə düz qoymaq yaddından çıxıb. Dəstəyin asıldığını zənd edən RTŞ müdirəsi pərdə arxası verdiyi göstərişlər heç də bir mənalı qarşılanmadı. Axı Nuriyev öz başına bu hərəkəti edibdirsə buna alət olan RTŞ digər əməkdaşlarına tapşırın hamıya desinlərki çıxarma falan olmayıb tövsiyə xarakterli gediş olub məktəbə deyə işlətdiyi ifadələr verdiyi əmri geri götürmək məcburiyyətində qaldığını bir daha subut edir. Yenicə təyin edilən RTŞ müdirəsi iki günün biri İcra hakimiyyətində şəxslərlə görüşür mütamadi olaraq əmrləri icradan alması şüpələrini təsdiq edir. Verilmiş qərara don geyindirilməsi göstərişləri, məktəbə gedilmə prossesinin məhs tövsiyə xarakteri kəsb etməsini hər yerdə yaymalarını istəməsi sanki işçilərə məcburi yalana danışmağa vadar edilməsindən xəbər verir.
Xatırladaq ki, Bakunews.az xəbər portalındada "Sumqayıtda qalmaqallı məktəb direktoru işdən çıxarıldı" sərlövhəli yazı dərc edilmişdir. Və bu yazının dərc edilməsinə məhz RTŞ səlahiyyətlilərinin verdiyi məlumat əsasında tərtib edildiyi aşikardır. Amma Arzu xanım məsələnin Oktay müəllimin səhv məlumat verdiyini bildirməsi ilə yekunlaşdırmağa çalışmasıda bəzi qaranlıq məsələlərin gizlədilməsinə cəhd edilməsi kimi qiymətləndirildi. Bakunews.az-da dərc edilən məqalənin tam mətni aşağıda qeyd edildiyi kimidir:
Sumqayıtda qalmaqallı məktəb direktoru vəzifəsindən azad edilib.
Bu barədə Bakunews.az-a Sumqayıt şəhər Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Oktay Nuriyev məlumat verib.
Onun sözlərinə görə, Sumqayıt şəhər 9 nömrəli məktəbin direktoru Həqiqət Abdullayeva bu gündən etibarən tutduğu vəzifədən azad edilib:
“Bu gündən etibarən Sumqayıt şəhər 9 nömrəli məktəbin direktor vəzifəsinin müvəqqəti icrası mənə tapşırılıb. Hazırda direktor vəzifəsinə təyinatla bağlı qərar qəbul edilməyib. Daha əvvəl yaşanan problemlə bağlı araşdırma isə davam edir”.
Xatırladaq ki, bir müddət əvvəldə Sumqayıt şəhər məktəbində direktor vəzifəsini müvvəqəti əvəz edən Mehriban Nəcəfova məhz yoxlamalar nəticəsində aşkarlanmış faktlarla bağlı vəzifəsinə məcburi olaraq otaqdan çıxarılmış və biabırçı şəkildə təhsildən uzaqlaşdırılmışdı. Nazirliyin qərarına əhəmiyyət verməyən şəxslərin aqibəti illərdir göz önündədir bunu biz yox təhsil işçiləri xronologiyadan söyləyir. Amma onunda iddiası məni icra hakimiyyəti vəzifədə saxlayır kimi ifadələrlə yadda qalmışdı. Bu ifadələrin nəticəsində Təhsil Nazirliyinin Daxili Nəzarət İdarəsinin əməkdaşları tərəfindən direktor otağından zorla çıxarılması ilə sonlandı. Bu gün baş verənlərdə məhz elə bunun yenidən təkrarlanacağı ümidləri yaradır. Yəqin ki bu yazımız artıq Daxili Nəzarətin rəhbəri Kənan Quliyevində diqqət mərkəzində olacaqdır. Axı H.Abdullayevanın iddiaları tək məni icra Hakimiyyəti qoruyur iddiası ilə yekunlaşmır. Qnaunsuz əməl sahibinin DNİ-nin əməkdaşları Nicat və rəhbəri Kənan Quliyev tərəfindən himayə edilməsini fəxrlə ifadə etməsidə gündəm mövzusu olaraq kollektiv arasında yayılmış mövzudur. Sanki kreslo sevdası bunların tutduğu vəzifənin əbədi bunlara miras qaldığını, heç bir güc qüvvənin onları oradan tərpədə bilməməsi ilə xarakterizə edilməkdədir.
Hörmətli Kənan Quliyev diqqətinizə çatıraq ki, bir tək vakan yerin gizslədilməsi və onu rüşvət qarşılığında kiməsə həvalə etmənin özü belə kifayyət qədər dəlil hesab edilməli olan mövzudur. Bu azlıq edirsə 32 nəfər şagirdin ölü can olaraq saxlanılması və hər birnin minimum 500azn maksimum 1000 azn qiyməti ilə hesablasanız il ərzində nə qədər vəsaitin əldə edildiyini real rəqəmlərdə görmək mümükündür. Kaspi Təhsil mərkəzindən təhsil almağa çalışan şagirdlərin təhsil ocaqlarında olmadan qiymətləndirilməsinə rəvac verən Kənan adlı müəllim və Həqiqət Abdullayeva iş birliyi bir müddətdir mütün mətbu orqanlarda nəşr edilir. Bütün bunları görməməzlikdən gəlmək nazirliyin yüksək vəzifəli şəxslərinin susması sadəcə korruptiv əməl sahibi ilə şəriklik şüpələrini doğurmaqdadır. Vakant Rus dili fənni üzrə 36 saat dərs müddətini nazirlikdə gizlədərək 23 saylı məktəbin rus dili müəlliməsinə 1000 (min) manat müqabilində Yeganə xanıma Həqiqət Abdullayeva verdiyini iddia edir. İddia bununla da bitmir, 09.02.2019-cu il tarixində açıq dərs keçirilməsi üçün müəllimlərdən 30 azn tələb edərək toplanması tapşırığını verib. Tələbə boyun əyməyən müəllimlər isə sıxışdırılmaqda olduğu bilgiləri mətbuata verilib. Üstəgəl ünvanı naməlum olan 15 azn müəllimələrdən yığılaraq izahı verilmədiyi də qeyd edilən məlumatlarda yer almaqdadır.
Sonda isə 9 saylı məktəbin, şər-böhtana, şərəf və ləyaqətin təhqir edilməsinə görə prokrorluğa müraciət edən əməkdaşlarının verdiyi məlumat da qeyd edilir ki, Həqiqət Abdullayevanın adı çəkilən məktəbdə çıxarılmayacağı təqdirdə, Prezident Aparatına gedərək məsələ ilə bağlı dahada yuxarı instansiyaların qərarın verilməsinə nail olmağı ümid edirlər. Hal-hazırda T.Nəsirova və Yeganə müəllimə ilə birlikdə Aparata yola düşmələri məlumatı verilmişdir. Həmçinin qeyd edək ki, Yeganə müəllimə ilə olan əmək müqaviləsinidə məhz qanunsuz olaraq xitam verən H.Abdullayeva 11-ci sinif şagirdlərini attestat verməyəcəyi ilə hədələmiş və müəllimə haqqında xoşa gəlməz izahat almağa nail olmuşdur. Məhz elə buna görədə Yeganə müəllimə H.Abdullayeva barəsində prokrorluğa rəsmi şikayət edib. Onun uşaqları guya siqaret almağa göndərdiyin əks edən izahat əsasında işindən azad edib.
Yazıda adları keçən şəxs və qurumların mövqe dərc etməyə hazırıq.