Ərdoğan Putinlə görüşə yollanıb

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Suriya üzrə üçtərəfli sammitdə iştirak etmək üçün Soçiyə gedib.


Bu barədə “Anadolu” xəbər agentliyi məlumat yayıb.

Türkiyə prezidentini işgüzar səfərdə onun həyat yoldaşı, milli müdafiə naziri, xarici işlər naziri, maliyyə naziri, Milli Təhlükəsizlik Xidmətinin başçısı, prezident administrasiyasının əlaqələr idarəsinin başçısı, Müdafiə Sənayesi Katibliyinin rəhbəri müşayiət edir.

Soçidə Ərdoğan Rusiya və İran prezidentləri Vladimir Putin və Həsən Ruhani ilə Suriya üzrə üçtərəfli zirvə toplantısında iştirak edəcək.

Sammitdə Suriyada Astana prosesi çərçivəsində davamlı sülh nail olmaq üçün ölkələrin birgə atacağı addımlar nəzərdən keçiriləcək.