Kürdəmirdə avtomobil yoldan çıxaraq aşıb, xəsarət alan var

Kürdəmir rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun 167 km-də, rayonun Sığırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Tovuz sakini, 1972-ci il təvəllüdlü Azad Cahangir oğlu İsmayılov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Gəncə istiqamətində hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib və avtomaşın yol kənarındakı dərəyə yuvarlanıb. Nəticədə A.İsmayılov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. O, Kürdəmir rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.
Hadisəyə səbəb kimi sürücünün sükan arxasında yuxulaması göstərilir.
Faktla bağlı araşdırma aparılır.
Daha əvvəl Kürdəmir rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.