Sürücü sükan arxasında yuxuladı; Maşın parça-parça oldu - VİDEO

Bakı-Şamaxı yolunda dəhşətli qəza baş verib


Bu gün günorta saatlarında Bakı-Şamaxı yolunda dəhşətli qəza baş verib. Avtosfer.az xəbər verir ki, "Toyota" markalı pikap avtomobili yoldan çıxaraq aşıb. Sürücünün sükan arxasında yuxuladığı bildirilir. Bu səbəbdən maşın idarəetmədən çıxaraq yol kənarındakı avtobus dayanacağına dəyib və aşıb. Sürücü yüngül bədən xəsarəti alsa da, maşın yararsız hala düşüb. Qəza yerindən çəkilən videonu təqdim edirik: