NBS Bank gecə vaxtı icazəsiz olaraq vətəndaşın maşının apardı

Nizami rayonu Rüstəm Rüstəmov 17 ünvanın sakini Ələkbərov Vüsal İslam oğlu hər gün olduğu kimi səhər saatlarında işə getmək istədikdə, maşının həyətdə olmadığını görüb. Taksi sürücüsü olan vətəndaş 25-ci polis bölməsinə müraciət edib. Araşdırma aparıldıqdan sonra məlum olub ki, maşın NBS bank tərəfindən, vətəndaşa xəbər verilmədən aparılıb. Lakin maşını aparmağa bankın əlində heç bir icazə olmayıb. Bank vətəndaşın şikayətini inkar edib. Ələkbərov Vüsal NBS bankdan, maşının geri qaytarılmasını tələb edir.