Ölkədən Çexiyaya milyonlar bu dəfə Sədərək Ticarət Mərkəzinin sahibi daşıyıb-Fotolar

Son illərdə təkcə məmurlar deyil, işadamları da Azərbaycandan pullarını çıxarırlar. Yəni, mövcud sistem, zorən stabillik heç kimin puluna zəmanət vermir. Hər kəs, istər oğurluqla, istər soyğunçuluqla, istər min bir fırıldaqla, lap elə zəhmətlə əldə etdiyi sərvətə etibarlı yer axtarır.
Reportyor.info xəbər verir ki, jurnalist Cavanşir Həsənli Sədərək Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin ölkədən çıxardığı milyonları yayımlayıb (əslində Qədimbəyli ticarət mərkəzinin formal sahibidir) Qədimbəyli bir il ərzində ölkədən 1.5 milyon dollardan çox vəsait çıxarıb. Sədərəkdən ticarətlə məşğul olan işadamlarından (hərçənd ki, onların işləri devalivasiyadan bəri yaxşı getmir, bir çoxları yetərincə borclanıblar və faktiki olaraq bizneslərinin girovuna çevriliblər) zor-xoş yığılan pullar Çexiyaya axır.
Yusif Qədimbəylinin bu ölkədə çiçəklənən biznesi var, özünə şirkət açıb, vəsaitləri daha etibarlı ünvana yönəldib.
Düzdür, “Sədəkək”in sahibi Çexiyadakı şirkətini – GADYUS s.r.o.-nu 2007-ci ilin 15 noyabrında təsis edib (qeydiyyat şəhadətnaməsi: C 23999).
Amma şirkət faktiki olaraq 2016-ci ilə qədər fəaliyyətsiz olub və heç bir maliyyə əməliyyatı aparılmayıb.
Lakin 2016-cı ilin sonunda birdən-birə şirkətin 35 milyon 743 min kronluq aktivləri ortaya çıxır.
Sonrakı illərdə də Çexiyaya pul çıxarılması davam edib və Qədimbəyli bu ölkədə xeyli sayda daşınmaz əmlak, mülk əldə edib.
Nizamnamədə də göstərilir ki, şirkət daşınmaz əmlakın, yaşayış və qeyri-yaşayış sahələrinin alqı-satqısı, icarəyə verilməsi ilə məşğuldur. Şirkətin hüquqi ünvanı: Mariánské Lázně, Mladějovského 89/5
Qeydiyyat sənədlərində qeyd olunur ki, 1951-ci il təvəllüdlü Qədimbəyli Yusif Bakı şəhəri Azadlıq prospektində 5 ünvanda (18/35/36/39/41) qeydiyyatdadır.(Reportyor.info)
thumb=left]http://azbaku.org/uploads/posts/2019-02/1551080649_a.jpg[/thumb]
Ölkədən Çexiyaya milyonlar bu dəfə Sədərək Ticarət Mərkəzinin sahibi daşıyıb-Fotolar
Ölkədən Çexiyaya milyonlar bu dəfə Sədərək Ticarət Mərkəzinin sahibi daşıyıb-Fotolar
Ölkədən Çexiyaya milyonlar bu dəfə Sədərək Ticarət Mərkəzinin sahibi daşıyıb-Fotolar