“Fənərbaxça”dan möhtəşəm geri dönüş - VİDEO

Türkiyə Super Liqasında XXIII tur başa çatıb.

Oxu.Az xəbər verir ki, “Beşiktaş” öz meydanında “Fənərbaxça” ilə qarşılaşıb.

İlk hissədə meydan sahibləri vurduqları üç qolla fasiləyə öndə yollanıb. Hamı artıq “qara qartallar”ın qələbə qazanacağını gözləyirdi. Lakin “sarı bülbüllər” fasilədən sonra “kam bək” etməyi bacarıb. Görüş 3:3 hesablı heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, Super Liqada turnir cədvəlinə 51 xalla “Başakşəhər” başçılıq edir. “Qalatasaray” 45 xalla ikinci, “Beşiktaş” 40 xalla üçüncüdür. 25 xalı olan “Fənərbaxça” 14-cü sırada qərarlaşıb.