Elə məsələlər isə var ki, mən tam əks mövqedəyəm
“Qadınların maşın sürməsinə normal baxmıram. Lazımdısa, evdə maşın var”.
AzBaku.org xəbər verir ki, bunu Modern.az-a müsahibəsində daim açıqlamaları ilə gündəmə gələn deputat Elman Nəsirov deyib. O, bildirib ki, ailə məsələlərində mühafizəkardır: “Yoxsa mən maşınla getdim, ardınca da xanım da öz maşınına minib getsin – bunu qəbul etmirəm. Kimsə məni ittiham edər ki, köhnə fikirliyəm, olsun!
Bəlkə də bu fikrim çoxlarının xoşuna gəlməyəcək. Bir çox ailələrdə ər də maşın sürür, arvad da, amma mən bu məsələdə mən mühafizəkaram.
Ümumilikdə isə məndə mühafizəkarlıqla modernizm harmoniyadadır. Bütövlükdə liberal deyiləm, bütövlükdə mühafizəkar da deyiləm. Ayrı-ayrı hallarda məsələlərə yanaşmalarım var.
Qaş-qabaqlı insanlardan da, hər dəfə deyib-gülən insanlardan da xoşum gəlmir. İnsan məqamında, yerində hərəkət etməlidir. Bu stil mənə yaxındır. Eyni yanaşma ailəyə münasibətdə də özünü göstərir. Elə məsələlər isə var ki, mən tam əks mövqedəyəm”.