DogruXeber.az informasiya agentliyinin redaksiyasına,İşmayıllı rayon Külüllü kənd sakinləri tərəfindən şikayət xarakterli müraciət daxil olmuşdur. Müraciətdə qeyd olunur ki,kənd bələdiyyəsinin sədri Radayev Alek tərəfindən hüquqlarımız pozulub.
Kənd əhalisinin tələbindən xəbərdar olan rayon icra başçısı Mirdaməd Sadıqov ilk olaraq hər şeyi həll edəcəyinə söz verib,amma sonradan bu işin onlara aid olmadığını bildiriblər. Sakinlərin bildirdiyinə görə, Külüllü kəndinin yaxınlığında olan “82 hektar” bələdiyyə torpağı saxta yolla bir nəfərə icarəyə verilib.
Məsələnin maraqlı tərəfi bundadır ki,sözü gedən ərazi, əhalinin sözlərinə görə külli miqdarda rüşvət qarşılığında icarəyə verilib. Hətta kənd camaatı bildirirlər ki,bələdiyyə sədri,ona bu tapşırığı yuxarı orqan tərəfindən verildiyini bildirib. Kimdi yuxarı orqan?
Əziz oxucularımız nəzərinizə çatdıraq ki,sözü gedən məsələylə bağlı DogruXeber.az-ın əməkdaşları İsmayıllı rayon Külüllü kəndində əhali ilə görüşüblər. Kənd camaatı,agentliyin işçilərinə dəhşətli hadisələr barəsində məlumatlar veriblər. Kiçik araşdırmamızdan sonra həmin görüntüləri diqqətinizə çatdıracağıq. Çıxışda hansı məmurların adları keçdiyini siz də biləcəksiniz. Bizi izləyin..