Respublika Klinik Xəstəxanasında “2 ayaqlı” oğru peyda olub

Müstəqil.az informasiya agentliyinə daxil olan məlumata görə Respublika Klinik Xəstəxanasında “2 ayaqlı” oğru peyda olub
[quote][/quote]

Hər peşənin öz ustası var.Oğruların da həmçinin.Ölkə ərazisində adətən Gürcüstandan gələn oğruların meydan suladıqları haqda məlumatlar var. Bakının 20 Yanvar dairəsində yerləşən Akademik Topçubaşov adına Respublika Klinik Xəstəxanasında isə yerli 2 ayaqlı oğrular peyda olub.Özü də ağır xəstələri, imkansızları “qaralayıblar”. Cəlilabad rayonundan gəlmiş xəstə Əziz Zaman oğlu Cəbiyev yaşı 60-ı ötüb. Bu şəfa ocağının Endekrenoloji şöbəsində müalicə alır. Təngənəfəs olduğundan palatanın çölündə olan köhnə divanda “gecələyir”.Martın 10-dan 11-inə keçən gecə onun cibindən şəxsiyyət vəsiqəsini,təqaüd kartını,sürücülük vəsiqəsini və olan-qalan pulunu-400man.götürüblər. O, hələ də özünə gələ bilmir. Şöbədə xidmət müqabilində addımbaşı pul tələb olunur, üstəlik 2 gün sonra xəstəxananı tərk edəndə yol pulusu belə olmayacaq. Palata yoldaşı DİN-in 102 xidmətinə müraciət edib. Əminik ki, Xəstəxanada və şöbənin içində fəaliyyət göstərən bu şəbəkə aşkarlanacaq, Əziz əmiyə dəyən maddi və mənəvi ziyan ödənəcək.