Bakıda iki nəfəri maşın vurdu - VİDEO

Gecə saatlarında Bakının Heydər Əliyev prospekti, metronun "Koroğlu” stansiyası yaxınlığında piyadanı maşın vurub.


Oxu.Az xəbər verir ki, "VAZ 2107” markalı, 25 BH 983 dövlət nömrə nişanlı avtomobil yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Məmmədtağıyev Vahid Xanlar oğlunu vurub.

Yaralı 1 saylı Şəhər Klinik Mərkəzə çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Hazırda vəziyyəti qənaətbəxşdir.

Analoji hadisə paytaxtın Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində, "Araz” marketin yaxınlığında baş verib. "Mercedes” markalı, 10 OB 297 dövlət nömrə nişanlı avtomobil piyada zolağından yolu keçmək istəyən 1979-cu il təvəllüdlü Əhmədova Gülsurə Böyükağa qızını vurub.

Yaralı 1 saylı Şəhər Klinik Mərkəzə çatdırılıb. Ona sağ körpücük sümüyünün akromial birləşməsinin qopması diaqnozu qoyulub. Hazırda vəziyyəti qənaətbəxşdir.

Hər iki faktla bağlı araşdırma aparılır.