Həqiqət Abdullayeva şəhər rəhbərliyi ilə münasibətlərini romantik hind filmi sujeti müstəvisində təqdim edir

Qalmaqalları ilə mətbuatın gündəmini zəbt emiş Sumqayıt şəhər 9 saylı tam orta məktəbin direktor əvəzi Həqiqət Abdullayeva ilə bağlı redaksiyamıza yeni maraqlı məlumatlar daxil olub. Xatırladaq ki, bir müddət əvvəl Həqiqət Abdullayeva, rəhbərlik etdiyi kollektivdə biri müavini olmaqla, 3 nəfər xanım müəllimə ilə ciddi problemlər yaşayırdı. Hətta məsələyə Sumqayıt şəhər prokurorluğu belə müdaxilə etmişdi. Nə qədər qəribə də olsa Təhsil nazirliyi bu tip məsələlərdə müşahidəçi mövqeyindən əl çəkmir. Həqiqət Abdullayeva “media-ulduz” ranqını hələ də qoruyub saxlayan məktəb rəhbərlərindəndir.

Redaksiyaya daxil olan məlumatda bildirilir ki, direktor əvəzi köhnə “adətini” yenə də davam etdirir. Belə ki, direktor əvəzinin xüsusi tapşırığı ilə məktəbdə pul yığımına start verilib. Onu da qeyd edək ki, bir müddət əvvəl Həqiqət Abdullayevanın pedoqoji kollektivin üç nümayəndəsi ilə qarşıdıurması fonunda aparılan yoxlama nəticəsində direktor əvəzinin qanunsuz tələbləri və əməlləri bilavasitə sübut olunmuşdu. Bundan qorxuya düşən xanım Abdullayeva qısa bir zaman kəsimində özünə zorən STOP demişdi. Lakin...

Lakin mənbə bildrdir ki, yeni rüşvət daığası martın 1-dən məktəbdə start götürüb. Belə ki, Həqiqət Abdullayeva artıq “şəriklə” fəaliyyət göstərməyə üstünlük verib. Onun bu dəfəki “şəriki” Sumqayıt şəhər Təhsil şöbəsinə yeni təyinat almış Arzu Əlizadədir. Mənbənin bildirdiyinə görə direktor əvəzi şagirdlərlərəl, o cümlədən, müəllimlərlə bağlı müxtəlif rəqəmlər müəyyən edib. Səlahiyyətlərindən sui-istifadə edən Həqiqət Abdullayeva özünə və yeni RTŞ rəhbərinə vermək üçün hər müəllimədən 50 azn məbləğində vəsait toplatdırıb. Lakin mənbə ilginc bir iddia da, irəli sürür. Mənbənin iddiasına görə Arzu Əlizadənin bu “yığımdan” xəbəri yoxdur. Direktor əvəzi sadəcə vəzifəli şəxsin adında qanuları çeynəməklə sui-istifadə edir. Onu da qeyd edək ki, bu hadisə təsdiq edilərsə ciddi cinayət əməlidir. Məlumatda o da qeyd edilir ki, RTŞ rəhbərinin hadisəyə reaksiyasız qalması, sadəcə onun bu məsələ ilə bağlı məlumatsızlığıdır.

Oxucuların diqqətinə onu da çatdıraq ki, bir müəddət əvvəl BakuNews.az-ın dərc etdiyi “Titrək əllər teoriyası” adlı araşdırmadakı “hadisələr” Həqiqət Abdullayeva tərəfindən yenidən, lakin başqa “quruluşda” davam edir. Qeyd edək ki, direktor əvəzi bir müddət öncə şəhər rəhbərliyinin ona öz xidməti otağında şer söylədiyini iddia edirdisə, 8 mart beynəlxalq qadınlar günündə isə xanım Abdullayevaya parfum hədiyyə etdiyini ətrafına deyib. Onu da xatırladaq ki, zaman-zaman Həqiqət Abdullayeva şəhər rəhbərliyi ilə şəxsi münasibətlərini romantik hind filmi sujeti müstəvisində təqdim etməsi olduqca diqqət çəkən məqamdır. Əcəba..?

Xatırladaq ki, məsələ ilə bağlı Təhsil şöbəsinin müdiri Arzu Alızadə zənglərimizə cavab vermir. Digər əməkdaşı Ramin Abbasov isə məsələ ilə bağlı münasibət bildirəcəyini qeyd etsədə, 2 gündür heç bir məlumat verməməklə yanaşı bu gündə etdiyimiz zəngləri cavabsız qoymağa üstünlük verdi.

Yenə də yazıda adı çəkilən şəxs və qurumların mövqeyini dinləməyə hazırıq.
BakuNews.az