“Qara paltarlı” erməni əsgər anaları etiraz edir: “Baş prokuroru dəyişdirin” (VİDEO)

“Köhnə sistemin əməkdaşları xaric edilmədən, bizim cinayət işlərinin üstü açılmayacaq”.



Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan hökumət binası qarşısında dinc şəraitdə ölən hərbi qulluqçuların anaları etiraz aksiyası keçiriblər.
Məlumata görə, etirazçılar Ermənistanın Elm və Təhsil naziri Arayik Harutyunyanla görüşüblər. Erməni nazir bildirib ki, vaxtilə o, bu işlərin açılması ilə məşğul olub və o zaman qanun pozuntuları aşkarlanıb.

Erməni hərbi qulluqçuların anaları, nazirə ilk növbədə Baş prokurorun dəyişdirilməsini təklif ediblər. Onlar bildirib ki, köhnə sistemdən qalan əməkdaşlar onların gözünə toz üfürməklə məşğuldurlar. Etirazçılar Baş prokuroru dəyişmədən, köhnə rejimi xaric etmədən bu işlərin üstünün açılmayacağını Paşinyana çatdırmağı tələb ediblər.

Onlar vaxtilə, məhz bu prokurorluq əməkdaşlarının əli ilə həmin cinayətlərin gizlədildiyini bir daha xatırladıblar.