Gecə saatlarında Bakının Ramana qəsəbəsi, Şuşa şəhərciyində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, 214 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu 1978-ci il təvəllüdlü Mürsəlova Könül Sahib qızını vurub.
Qəzanı törədən sürücü yaralını 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıb. Yaralı Könül Mürsəlovaya qapalı kəllə-beyin travması, baş beyinin əzilməsi diaqnozu qoyulub.
Yaralının vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.