Nurəddin Mehdixanlı: “Bu, Cəfər Cabbarlının izinin silinməsi deməkdir” (VİDEO)

Azad Azərbaycan Televiziyasında yayımlanan “5-ci element” verlişinin bu dəfəki qonağı tanınmış aktyor, Azərbaycan Respublikasının Xalq Artisti Nurəddin Mehdixanlı olub.

BAKU.WS xəbər verir ki, veriliş zamanı Cəfər Cabbarlının ev muzeyinin sökülməsinə kəskin münasibət bildirən M.Mehdixanlı bunu böyük bir azərbaycanlının izinin silinməsi adlandırıb.

Qeyd edək ki, Azərbaycanın televiziyasının ən çox izlənilən tok şousu olan “5-ci element” fərqli müzakirələri ilə hər bazar ertəsi yayımlanır.