Bakıda özəl klinikada ölüm hadisəsi baş verib

Bakının Nəsimi rayonunda yerləşən "Baku Medical Plaza" klinikasında ölüm hadisəsi baş verib.
"Report" xəbər verir ki, Qarabağ Mərkəzinin verdiyi məlumata görə, klinikada ürəyindən əməliyyat olunan Bərdə rayon sakini, 70 yaşlı Cəlilova Günəş Həmid qızı əməliyyat masasında dünyasını dəyişib.

Hadisə ilə bağlı ailə üzvləri hüquq-mühafizə orqanlarına məlumat verib.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.