Bakıda gəlin qayınanasını döydü - VİDEO

Gecə saatlarında Bakıda döyülmə hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə Nizami rayonunun Bəkir Çobanzadə küçəsində qeydə alınıb.

Ailə münaqişəsi zəminində baş verən hadisə zamanı gəlin öz qayınanası - 1959-cu il təvəllüdlü İsayeva Sara Abbas qızına müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Yaralı dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.