Cəbhə xəttində xitmət aparan əsgərimiz Füzuli rayonu ərazisində şəhid düşüb.
AzBaku.org Orman.az-a istinadən xəbər verir ki, Cəlilabad rayonundan 12.04.2018 ci il tarixində Hərbi Xidmətə çağrılan 07.04.2000 təvəllüdlü Cəlilabad rayon Musalı kənd sakini Mayılzadə Məhərrəm Qafar oğlu 11.04.2019cı il N saylı hərbi hissədə xidmət aparan zaman şəhid olub.
Faktı Orman.Az-a Musalı kənd inzibati ərazi dairəsinin tabe olduğu Ləkin kənd bələdiyyəsinin sədri Asif Quliyev təsdiqləyib. O, bildirib ki, Qafar Mayılzadə hərbi hissədə xidmət aparan zaman minaya düşüb. Məlumata görə cəbhədən kəndin inzibati ərazi vahidi üzrə nümayəndəsinin müvaininə zəng edilərək şəhidin nəşinin sabah günorta saatlarında Cəlilabad rayonuna gətiriləcəyi bildirilib.
Qeyd edək ki, fakt hələki Müdafiə Nazirliyi tərəfindən təsdiqlənməyib.