Goranboyda ara qarışdı: RAYONUN POLİS RƏİSİ MÜTƏŞƏKKİL DƏSTƏ İLƏ SAHİBKARI MƏHV EDİRLƏR – FOTO+VİDEO

7NEWS.azxəbər verir ki, bu günlərdə Goranboyda baş verən hadisə rayon əhalisini ayağa qaldırıb. İllərdir şəxsi təsərrüfatını quran, ölkə iqtisadiyyatına öz tövhəsini verən sahibkarın ərazisinə mütəşəkkil dəstə soxularaq məhv etməyə çalışır. Məsələnin maraqlı tərəfi budur ki, rayon Polis İdarəsinin rəhbərliyi də bu quruplaşma ilə əlbir olaraq Prezidentin islahatlar dalğasına zərbə vurmaq niyyətindədirlər. Bu barədə saytımıza zərər çəkən sahibkar Goranboy rayon Qızılhacılı qəsəbə sakini Həsənov Əli Əbülfət oğlu müraciətində bildirib. Müraciəti olduğu kimi təqdim edirik:

“Mən Goranboy rayon Qızılhacılı qəsəbə sakini Həsənov Əli Əbülfət oğlu Azərbaycan Respublikasının Konsitutiyasının 57-ci maddəsini rəhbər tutaraq sizə müraciət edirəm.

Əziz Redaksiya!

Yazıb sizə məlumat verirəm ki, 11 aprel 2019-cu il tarixində səhər saat 07.00 radələrində Əsgərov Ehtiram və qardaşları başda olmaqla 7 nəfərlik dəstə ilə qoyunçuluq təsərüfatımda təzyiqlərə məruz qalıram.

Şəxsim tərəfindən bu işin məhkəmədə olduğunu bilə-bilə burada nə gəzdiyini soruşaraq ərazidə nə haqla tikinti işləri aparmalarını soruşub tikintini dərhal dayandırmalarını tələb etdim. Onlar isə bu dediklərimə məhəl qoymayaraq yeri bələdiyyədən pul verib aldıqlarlını, heç bir məhkəməni tanımadıqlarını, lazım gələrsə zor gücünə tikəcəklərini, Məzahir Allahverdiyev tərəfindən bu yerin ona satıldığını bildirdilər.

Mən isə bundan sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurub onlardan məni və qohumlarımı bu qoçu dəstəsinin hücumundan müdafiə etməyə çağırdım. Zəngimə adekvat reaksiya verildi. Goranboy Polis Şöbəsinin əməkdaşları tərəfindən əraziyə növbətçi maşın göndərildi. Polislər tərəfindən Əsgərov Ehtirama işin məhkəmədə olduğunu bilə-bilə nə üçün gəldiyi soruşulsa da o yerin onun olduğunu söyləyərək ərazidən çıxmayacağını və məcburi şəkildə burada yerləşəcəyini bildirdi.

Yazıb sizdən xahiş edirəm ki, bu özbaşınalığı aradan qaldırıbqanunlarımızın göstərdiyi kimi işin məhkəmədə həll olunmalı olunduğunu onlara başa salıb, məhkəmə gedişatına süni surətdə maneə törədən Əsgərov qardaşları və onların əlaltılarının qanunsuz əməllərinə son qoyub, işi qanuni çərçivəsinə qaytarasınız.

Saytımıza şikayət məktubu yazan Həsənov Əli qeyd edir ki, rayon Polis İdarəsinin rəisi qanuna zidd gedərək onların tərəfini tutur: “Onların adamları deyir ki, biz polis rəisinə nə lazımdırsa, necə lazımdırsa hörmət eləmişik. Düşünürəm ki, onlar düz deyirlər. Əgər rəis onları müdafiə etməkdə maraqlı olmasaydı qanunamüvafiq addımlar atar, mənim təsərrüfatıma hücum edən, dağıdan, zəbt etməyə çalışan mütəşəkkil dəstəni zərərsizləşdirərdi. Bu adam rayonu öz şəxsi qanunları ilə idarə eləyir. Mən bununla bağlı da Cənab Nazir Ramil Usubova müraciət edəcəm.”

Daha sonra Ə.Həsənov rayona yeni təyin olunan başçının bu işin qanunamüvafiq həll olunmasında xüsusi rola malik olduğunu dedi: “İnanmaq istəyirəm ki, yeni başçının bu məsələdən xəbəri yoxdur və bu mütəşəkkil dəstə ilə işbirliyi etməyib. İcra hakimiyyətinin başçısının bir sahibkarın məhv olmasına göz yumması ən azı Prezidentə xəyanət kimi qiymətləndirilir”

Ə.Həsənov onu da qeyd edib ki, məsələ ilə bağlı ölkə rəhbərliyinə, aidiyyatı hüquq mühavizə orqanlarına müraciət edəcəkdir.

Mövzunu davam etdirəcəyik.