Şəkidə ağır yol qəzası törədən Qasımov Təvəkkül Qasım oğlu həbsdən yayınıb.
Miq.az-a daxil olan məlumatda deyilir ki, Təvəkkül Qasımov aprelin 11-də idarə etdiyi avtomobillə Şəki sakini Oqtay Əbdürrəhmanovu vurub. Hadisə nəticəsində Oqtay Əbdürrəhmanov dünyasını dəyişib. Təvəkkül Qasımov isə olay yerindən qaçıb. Faktla bağlı Cinayət Məcəlləsinin 263.2 (ehtiyatsızlıqdan ölümlə nəticələnən yol nəqliyyat hadisəsi ) və 264 (Yol nəqliyyat hadisəsi yerindən qaçma)-cü maddələri iə cinayət işi başlanıb. Təvəkkül Qasımov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib və barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün Şəki Rayon Məhkəməsinə tqədimat verilib. Lakin hakim Elmin Mehdiyev təqdimatı rədd edib. İddia olunur ki, Təvəkkül Qasımovun həbsdən yayınmasında hakim köməkçisi Atamoğlan Məmişovun xüsusi rolu olub